Azərbaycanda ateistlərin təşkilatı varmış
Bəs, ordumuzda dinlə bağlı vəziyyət nə yerdədir?
baş qərargah rəisi, “Ergenekon” mühakiməsi çərçivəsində həbs olunan və
ötən ay azadlığa buraxılan İlkər Başbuğ yerli mətbuata müsahibə verib.
türk ordusunun dinsiz olması barədə iddiaları kəskin şəkildə yalanlayıb.
General vurğulayıb ki, Türkiyə ordusuna yönəldilən və vaxtaşırı
psixoloji hərəkat səviyyəsinə çatan bu ittihamlar böyük haqsızlıqdır:
“Türkiyə Silahlı Qüvvələrinə (TSK) istiqamətlənmiş “dinsiz” iddiaları
çox böyük haqsızlıqdır və bu ittihamlar vaxtaşırı psixoloji hərəkata
dönüb. Belə bir şey mümkündürmü?
əvvəl də dedim ki, “Peyğəmbər Ocağı” deyilən bir qurumdur ordu.
Dinsizlikdən söhbət gedə bilməz. “Allah, Allah!” deyə, hücuma keçən bir
ordudan, gəmisinin dor ağacında Qurani Kərim olan bir ordudan danışırıq.
Bu, TSK-ya yönəlmiş ən haqsız tənqiddir. Türk ordusunun bu şəkildə
ittiham olunmasını qəbul etmək mümkün deyil. Biz bu ocağın içində
böyüdük, yaşadıq. Mən məsuliyyət daşıdığım hər mərhələdə çox həssas
rəftar etmişəm, lazımlı imkanların yaradılmasına diqqət etmişəm”.
davam edən general çox sevdiyi və tez-tez təkrarladığı bir deyim
olduğunu vurğulayıb: “Müharibədə, cəbhədəki pozisiyada ateist yoxdur! Bu
söz doğrudur. Pozisiyaya girən kimsə ateist ola bilməz, dua edər”.
ki, Türkiyədə 28 fevral “post-modern” dövlət çevrilişi zamanı bir çox
yüksək rütbəli zabit namaz qıldığı, gümüş üzük taxdığı, həyat yoldaşı
hicablı olduğu və s. bu kimi səbəblərdən ötrü ordudan xaric edilmişdi.
Başbuğun Türkiyə ordusunda ateist olmadığı barədə açıqlaması Azərbaycan
ordusunda ateistlərin olub-olmaması məsələsinə diqqəti cəlb edir. Bu
istiqamətdə araşdırma apararkən hərbi hissələrdən birinin təlim-tərbiyə
üzrə komandir müavini ilə söhbət etdik.
çəkilməsini istəməyən komandir müavini dedi ki, Azərbaycanda Milli
Ordunun yarandığı ilk illərdə sovet dövrünün təsiri hiss olunurdu. Belə
ki, əsgərlər və zabitlər arasında sovet ateizm təbliğatına inanıb
müəyyən qədər ateizmə yuvarlananlar var idi. Lakin illər keçdikcə,
vəziyyət tamamilə müsbətə doğru dəyişib. Orduda özünü ateist baxışları
ilə fərqləndirən hərbçilərə rast gəlinmir. Əksinə, dindar, əsl müsəlman
olaraq namaz qılan hərbçilər kifayət qədərdir: “İlkər Başbuğ həqiqətən
də çox düzgün qeyd edir ki, ordu Allah deyib döyüşə atılır, Allahdan
yardım diləyir”.
dünyəvi dövlət olduğundan konstitusiyaya görə hər kəsin istədiyi dinə
etiqad etmək hüququ var. Ancaq istisnalar da mövcuddur. Belə ki, insan
ləyaqətini alçaldan, sülhpərvərlik və insanlıq əleyhinə yönələn dini
ideyaların təbliği və yayılması qanunla qadağan edilir (Konstitusiyanın
18-ci maddəsi).
böyük bir hissəsi Ana Yasamızın tələbləri çərçivəsində dini baxışlarını
ifadə edir. Lakin bu, cəmiyyətin müəyyən qisminin radikal dini
qruplaşmalara qoşulması proseslərinə də əngəl ola bilmir. Təxribatçı
fəaliyyətlərə cəlb olunan Azərbaycan insanı tərkibində olduğu və ya
təmsil etdiyi cərəyanın ideyalarını reklam edir və az qala hamını onlar
kimi olmağa çağırırlar. Eyni zamanda heç bir dinə, dini təriqətə
inanmayan ateistlər də cəmiyyətdə var. Ölkədə ateistlər, dini tənqid
mövqeyi seçən vətəndaşlar da var. Araşdırmamız zamanı məlumat əldə etdik
ki, ateistlərin ölkəmizdə təşkilatları da mövcuddur. Adı da “Azərbaycan
Ateistlər Assosiasiyası”dır.
onların ayrıca səhifəsi də var imiş. Səhifədə insanlar açıq-aşkar
şəkildə ateizmə dəvət edilir, Allahsızlıq, dinə qarşı çağırışlar yer
alır. Azərbaycanın müvafiq orqanları bu zərərli tendensiyanın üzərinə
getməlidirlər.
müsəlman ölkələrində ateizmə qarşı çox sərt tədbirlər görülür. Məsələn,
təxminən bir ay öncə Səudiyyə Ərəbistanı kralı Abdullah terrorçuluqla
mübarizə haqqında qanuna dəyişikliklərin edilməsi barədə sərəncam
imzalayıb. Dəyişikliyə görə, ölkədə ateistlər “Əl-Qaidə” və “Hizbullah”
terror qruplaşmalarının üzvü kimi qəbul edilərək 20 il azadlıqdan məhrum
ediləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=5905