Rusiyadan Azərbaycana ərazi iddiası səsləndi

12.04.2014 - 10:36

Ramon
Daliyev adlı dağıstanlı blogger separatçılıq toxumu səpəcək müəllif yazı ilə
çıxış edib. 

 

 

 Daliyev
“əgər tarixi ədaləti bərpa edib Rusiyanın torpaqlarını geri qaytarırlarsa, bunu
axıra qədər etmək lazımdır” iddiasını ortaya atır: “
Yarı yolda dayanmaq lazım deyil. Krımı geri qaytardıq, gəlin sərhədlərin otayında qalmış ərazilərimizi də
doğma Rusiyamıza daxil edək. Azərbaycanın şimalında Rusiyaya qaytarılası ərazi
var. Həmin ərazilərin 90 faizi ləzgilərdi. Keçmiş Sovet vətəndaşları. Günlərin
birində Stalin çay boyunca bir xalqı iki hissəyə böldürdü. Bu, ona sərf edirdi.
Eynilə Krımda olduğu kimi, sadəcə birini Xruşşov, digərini isə Stalin vermişdi.
500 mindən çox ləzgi Azərbaycan tərəfində qaldı. Hazırda onlar təzyiq və
aqressiya altında yaşayırlar. Türkləşmə prosesinə məruz qalıblar”. 

Daliyev sonra vurğulayıb ki, dövlət daxildə yaşayan xalqlara eyni gözlə
baxdıqda güclüdü.
Əlavə edib
ki, çıxış yolunu Rusiyanın dəstəyində görürlər:

“Rusiyanın
dəstəyindən yararlanmaq istəyirik. Bu zaman qazancımız nə olacaq? Qəbələ RLS-in
də daxil olduğu ərazilərin hamısı Rusiyaya birləşdiriləcək. Həmçinin tropik
iqlimə malik Qafqaz sıra dağlarının cənub yamaclarını əldə etmiş olacağıq. Bu,
strateji əhəmiyyət kəsb edir. Əgər həmin torpaqları qaytara bilsək, dünyanın
yarısını nəzarətdə saxlaya biləcəyik. Bundan başqa, Azərbaycan neftinin
nəqlinin nəzarəti də əlimizə keçəcək. Odur ki, nə sanksiyalardan, nə də digər
qadağaları nəzərə almadan əməli işə keçməliyik. Bunu gecikdirmək olmaz”. 

P.S. Xəbər
vermək missiyasından uzaqlaşmağa və ramodaliyevlərə xırdaca xatırlatma verməyə
məcburuq: Əslində, Dərbəndə qədər ərazi Azərbaycanın tarixi torpaqlarıdır və bu
ərazi Azərbaycan Xalq Cümhuriyyəti dövründə də (1918-20) Azərbaycan torpağı
olaraq Avropa və ABŞ tərəfindən tanınıb. Digər tərəfdən, Azərbaycanda yaşayan
azsaylı xalqların sayını şişirtməklə heç nəyə nail olmaq mümkün deyil: bu vətən
hamının, bütün azərbaycanlılarındır

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5909

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930