Prezident illik gəliri açıqlandı

12.04.2014 - 10:40

Rusiya prezidenti Vladimir Putin 2013-cü ildə 3,672 milyon rubl (təxminən 104 min dollar) qazanıb

Halbuki bir il qabaq dövlət başçısı 5,79 milyon rubl (təxminən 164 min dollar) qazanmışdı.
Bu barədə Kremlin saytına yerləşdirilmiş bəyannamədə
bildirilir. 2011-ci ildə isə Rusiya prezidentinin gəliri 3,7 milyon rubl
(təxminən 105 min dollar) olmuşdu. Putindən boşanmış keçmiş arvadı
Lyudmila Putina haqqında isə saytda bəyannamə yoxdur.
Prezidentin
mülkiyyətində torpaq sahəsi, mənzil, qaraj var. O, mənzildən və qaraj
yerindən istifadə edir. Daşınan əmlak sırasında onun QAZ M-21, QAZ
M-21-R, “Niva” avtomobilləri və “Skif” avtomobil yedəyi var.
Prezidentin
mətbuat katibi Dmitri Peskov Putinin 2012 və 2013-cü illərdəki
gəlirlərindəki fərqi izah edib: “2012-ci ildə prezident istifadə
etmədiyi məzuniyyətə görə kompensasiya alıb, bu il isə həmin
kompensasiya olmayıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5911

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031