Vasif Talıbovun holdinqində yoxlamalar başlayıb

12.04.2014 - 11:34

Naxçıvanda Talıbovlara məxsus olan “Gəmiqaya Holdinq”də  yoxlamalara
başlanıb. Bu barədə məlumatı moderator.az saytı yayıb. Məlumata görə,
artıq holdinq demək olar ki, tikinti işlərini və bir neçə sahədə
istehsalını dayandırıb. “Gəmiqayanın”  “Cahan Holdinq” və “Dizayn” MMC
arasında bölüşdürüləcəyi bildirilir.
Məlumatda əlavə olaraq qeyd
edilir ki, Ali Məclisin sədri Vasif Talıbovun tapşırığı ilə holdinqdə
işləyən Türkiyədən gəlmiş işçilərin və Türkiyədən şirkətə gətirilən 
texnikaların çoxu Naxçıvandan çıxarılıb. Işdən çıxarılan kürd mənşəli
Türkiyə vətəndaşları arasında holdinqdə yüksək vəzifə tutan şəxslərin də
olduğu bildirilir.
Mənbə “Gəmiqaya” Holdinqin ortağı Türkiyəli iş
adamı Emin Uçar haqqında da müxtəlif söz-söhbətlərin ortaya çıxdığı, son
zamanlar ortalarda görünmədiyi və hətta həbs olunması ilə bağlı 
xəbərlər yayıldığını bildirir.
Məlumatda qeyd olunur ki, türkiyəli
kürd mənşəli işçilərin Vasif Talıbov tərəfindən Naxçıvandan çıxarılması
əhali arasında müsbət qarşılansa da, MR Daxili Işlər naziri Əhməd
Əhmədovu ciddi narahat edib və bu səbəbdən adı çəkilən şəxslər arasında
müəyyən gərginlik yaranıb.
 
Azadlıq.info
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5913

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930