Dünyanın 10 ən qəribə adamı

12.04.2014 - 11:58

Onlar hər kəsdən, normal xüsusiyyətlərə sahib olan insanlardan
fərqləniblər. Bacarıqları nə qədər qəribə olsa da, bəziləri təbiətin
onlara verdiyi bu hədiyyənin gətirdiyi bədbəxtlikləri də qarşılamalı
olublar. Beləliklə dünyanın ən qəribə bacarığa sahib 10 insanı. 

10) Mas Oyama 
 
Dünyanın 10 ən qəribə adamı
1920-ci ildə doğulmuş Mas Oyama
Yaponiyanın ən məşhur karate ustalarından biri idi. Həmçinin yalın əllə
buğalarla döyüşmək kimi bir adəti var idi. Hətta bir gündə 52 qızğın
buğa ilə döyüşdüyü görülmüşdü. O, həmin buğalardan üçünü tək zərbə ilə
öldürmüşdü. Güclü enerjisini yumruqlarında cəmləyə bilən Oyama “tək
vuruşla öldürüş” yapon deyiminin əsas sahiblərindən biri sayılır. 

9) Mişel Lotito
 Dünyanın 10 ən qəribə adamı
 
Mişel Lotito az qala hər şeyi yemək
və həzm etmək qabiliyyətinə sahib biri olub. Həyatı boyunca
velosipedləri, alış-veriş arabalarını, televizorları və hətta 2 ilini
alsa da bir “Cessna-150” təyyarəsini yeyib. Mədəsi normal insanın
mədəsindən 2 dəfə qalın olan Lotito ölmədən öncə 9 ton civarında metal
yeməyi bacarıb.

8) Vim Hof
 
Dünyanın 10 ən qəribə adamı
 
Elmi bilgilərə görə, üstündə heç bir geyim olmayan normal insan 0
dərəcə hərarətdə 20 dəqiqədən artıq qalarsa həyatını itirər. Amma Vim
Holf tempraturun mənfi 20 dərəcə olduğu şimal qütbündə sadəcə şort
geyərək yalın ayaqlarla 5 saat 25 dəqiqə qaçmağı və həyatda qalmağı
bacarıb. Hofa görə, həddindən artıq soyuq mühitdə sağ qalmasının sirri
vücudundakı termostat ölçüsünü yüksəltməyi bacarmasıdır. 

7) Kim Pik
 
 
Kim Pik normal insanın beynindən daha iri beyinə sahib olan və
zehni problemləri olan bir meqasavantdır ( meqasavant – normaldan daha
çox yaddaş qabiliyyəti olan insan). Beynindəki iki yarımkürənin
arasındakı informasiya mübadiləsini təmin edən “corpus callosum” adlı
bölgə inkişaf etmədiyinə görə normal sosial münasibətlər qura bilməyən
Pik 2 yaşından kitab oxumağa başlayıb. O normal ölçüdə bir kitabın bir
səhifəsini oxumaq üçün sadəcə bir neçə saniyəsini sərf edirdi. 2009-cü
ildə ölən “canlı kitabxana” ləqəbli Pik, ölməzdən öncə həyatı boyunca
oxuduğu kitabların ən kiçik ayrıntıları da daxil olmaqla 98%-ini
xatırlayırdı. 
6) Deyv Mullins
Yeni Zellandiyadan olan bu dalğıc qəribə bacarığı sayəsində heç bir
oksigen balonundan və əlavə vasitədən istifadə etmədən suyun 108 metr
dərininə dalaraq dünya rekordu qırıb. Daha sonra isə tək nəfəslə 4
dəqiqə 20 saniyə içində 244 metr dərinə gedərək rekordunu təzələyib. 
5) Ben Andervud
 

Dünyanın 10 ən qəribə adamı

 

2 yaşındaykən göz xərçəngi diaqnozu qoyulan Benin 3 yaşında olarkən
artıq gözləri əməliyyatla alınmışdı. Lakin buna baxmayaraq o sanki bir
yarasa kimi səslərin sayəsində görməyi bacarırdı. Səslər sayəsində
cisimlərin formasını müəyyən etmə qabiliyyətini inkişaf etdirən Ben
diliylə səslər çıxarır və sərbəst hərəkət edə bilirdi. Bu qabiliyyəti
sayəsində hətta velosiped sürməyi belə bacarmışdı. Lakin 2 yaşındaykən
gözlərini alan xərçəng ondan əl çəkməyib və Ben 16 yaşında həyatını
itirib. 
4) Skot Flansburq

“Hesablayıcı adam” ləqəbli Flansburq inanılmaz böyük sayların və
kvadrat, kub və kökləri hesablama qabiliyyətinə sahibdir. Bu bacarığına
görə 2001 və 2003-cü illərdə “Ən sürətlə hesablayan insan” adı ilə
“Ginnesin rekordlar kitabı”na düşüb. NASA və digər bu kimi qurumlarda
bacarığından istifadə edilən Flansburq hazırda dünyanın məşhur
universitetlərində riyaziyyat və hesablama üzrə mühazirələr deməklə
məşğuldur.
3) Ma Xianqanq
 

Dünyanın 10 ən qəribə adamı

 
Bir dəfə Xianqanq xarab olmuş elektrik kabelini təmir etməyə cəhd
göstərdi və qəfildən bədəninə keçən elektrikin ona heç bir zərər
vermədiyini gördü. Aparılmış müşahidələr sayəsində Xianqanqın bədəninin
220 volta qədər elektrikə dözə bildiyi, hətta bədənində elektrik
cərəyanı varkən əlində tutduğu lampanı yandıra bildiyi görülüb. O son
illərdə bir açıqlama verərək vücudunun elektriklə daha da canlandığını
deyib.
2) İsao Maçi 

Dünyanın 10 ən qəribə adamı

 
Normal insanın sahib olduğundan daha çox əl və göz koordinasiyasına
sahib olan Maçi ona atılan hər şeyi qılıncla bölmə bacarığına sahibdir.
Hətta xüsusi bir maşınla saatda 700 km sürətlə ona doğru atılan tennis
toplarını bölməyi bacarıb. Bacarığını tapança ilə atılan xırda kürələri
bölməklə də sübut edib. Maçinin dediyinə görə, o atılan şeylərin heç
birini gözüylə müşahidə etmir və onların hərəkətini zehnində
canlandırır. 
1) Con Çanq

Dünyanın 10 ən qəribə adamı

 Çanq əfsanəvi bir çikonq (döyüş sənəti) ustası idi. Narahatlıqları olan
insanları akupunktur (iynə ilə müalicə) sayəsində sağaltmağı bacarırdı.
Daxili enerjisi çox güclü olan Çanq özü ilə əlaqədar sənədli film çəkmək
istəyən hər kəsi rədd edib. Amma bir gün reportaj üçün gələn
jurnalistlərdən birini sağaltmış və görüntülərin gizli qalması şərti ilə
bir sıra bacarıqlarını nümayiş etdirib. Çanqın bədənindəki enerji o
qədər güclü idi ki, ona toxunan jurnalistlər sanki qızmar bir dəmirə
toxunurmuş kimi tez əllərini çəkirdilər. Kamera qarşısında bədənindəki
enerjisindən istifadə etməklə kağız parçalarından olan qalağı yandıran
Çanq bu görüntülərin bütün dünyaya yayıldığını biləndən sonra yoxa çıxıb
və bir daha heç bir yerdə görünməyib.

 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=5919

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728