Ukraynada erməni nazir azərbaycanlılara qan uddurur

12.04.2014 - 12:59

Ukraynada erməni nazir azərbaycanlılara qan uddurur

Elşən Cavadzadə: “Arsen Avokov xırda ticarətlə məşğul olan həmyerlilərimizin üzərinə dəstə göndərib, onlardan külli miqdarda rüşvət tələb edir”
Ukraynada yaşayan azərbaycanlılar köməksiz vəziyyətə düşüblər. Buna səbəb isə son inqilabdan sonra ölkənin Daxili İşlər naziri postuna erməni əsilli Arsen Avokov (Avokyan) adlı şəxsin təyinat almasıdır. Bu barədə JAM.AZ-a Maydan Hərəkatının fəallarından olan Elşən Cavadzadə məlumat verib. 
O bildirib ki, Arsen Avokov DİN başçısı təyin olunandan sonra hazırda Ukraynada yaşayan əslən azərbaycanlı olanlara qarşı iqtisadi problemlər yaratmağa başlayıb. Belə ki, yeni nazir Ukraynada yaşayan, xüsusən də xırda ticarətlə məşğul olan həmyerlilərimizdən hədsiz dərəcədə böyük rəqəmlərlə ifadə olunan vergilər aldırır. Bu azmış kimi, Avokov özünə xüsusi dəstə yaradaraq, onların vasitəsi ilə həmyerlilərimizdən külli miqdarda rüşvət tələb edir. 
Elşən Cavadzadə daha sonra qeyd edir ki, yeni nazirin hərəkətlərinə etiraz edən azərbaycanlılar elə Avokovun ən yaxın adamları tərəfindən ölümlə hədələnirlər. “Artıq bəzilərinin ölüm hökmü belə hazırdır. Amma təəssüf ki, bəzi azərbaycanlılar da Avokova qoşulub, onunla əlbir şəkildə hərəkət edirlər”. 
Ukraynada yaşayan soydaşımız Azərbaycanın Xarici İşlər Nazirliyinə mətbuat vasitəsi ilə müraciət edərək, onlardan kşmək istəyir. O bildirir ki, tezliklə Ukraynada yaşayan azərbaycanlılar erməni əsilli Avokovun millətçiliyinin qurbanı olacaqlar. “Biz Azərbaycan hökumətinin bu məsələyə qarışaraq, həll edilməsinə yardımçı olmalarını istəyirik. Əks təqdirdə, biz azərbaycanlıları yaxın zamanlarda Ukraynada dəhşətli və faciəli günlər gözləyir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728