Müxalifətçi fəal təqib olunur
Bir neçə gündür ki ictimai fəal Qubatov Elxan Nadir oğlu hüquq mühafizə orqanları tərəfindən təqib edilməkdədir. Bu barədə redaksiyamıza E.Qubatovun yaxınları məlumat verib. Belə ki Quba rayon polis şəbəsinin əməkdaşı tərəfindən Elxan Qubatova zəng edilərək yaşadığı polis şöbəsinə gəlməsi tələb olunub. Adı çəkilən şəxs özünü Quba rayon polis şəbəsinin zabiti kimi təqdim edərək siyasi fəala bildirib ki, Bakıda keçirilən mitinq və kütləvi aksiyalarda iştirak etdiyinə görə və həm də müxalif fikirli yazılar yazdığına görə mütləq polis bölməsinə gəlməlidir. Bundan əvvəl də E.Qubatov dəfələrlə polis idaresine aparilib ve fiziki təzyiqlərə məruz qalmışdır. Həmçinin onun ailə üzvlərinə dövlət səviyyəsində təzyiqlər göstərilmişdi.
Bildirək ki, E.Qubatova qarşı polis və digər orqanlar tərəfindən mitinqlər qabağı hədələr edilir və aksiyalara çıxacağı halda həbslə qorxudulur. Belə ki, müxalifətçi bundan öncəki aksiyalarda da bu cür aktiv fəaliyyət göstərdikləri üçün dəfələrlə polis və mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış, başqa insanlarla üzləşdirilərək onlara xəbərdarlıq edilmişdir. Mövcud diktatura sübut etməyə çalışır ki, bu cür çirkin əməlləri ilə, insan haqlarını tapdalamaqla partiya fəallarını öz ideyalarından döndərmək istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=59216