Bakıda daha bir neçə yol bağlanır

12.04.2014 - 13:19

Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
 
Bu gün saat 22:00-dan etibarən Bakının Neftçilər prospekti və Yusif
Səfərov küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata
görə, yolun bağlanmasına səbəb ərazidə aparılan təmir-bərpa işləridir.
Belə ki, yolun hərəkət hissəsinin üfiqi nişanlanması (hərəkət
istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri,
üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat
vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının
nişanlanması və s.) məqsədilə Neftçilər prospekti və Yusif Səfərov
küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, yol hissə-hissə, qismən bağlanacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5924

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930