Türkmənistan Xəzərin statusu məsələsində nikbindir
Türkmənistan aprelin 22-də Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin
xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələrdə iştirak edəcək.
Turkmenistan.ru bildirir ki, bu məsələ hökumətin iclasında xüsusi olaraq
müzakirə edilib.
Məsələ ilə bağlı çıxış edən baş nazirin müavini, Türkmənistan XİN
rəhbəri Rəşid Meredov deyib ki, qarşıdakı məsləhətləşmələrin gündəliyinə
Xəzəryanı ölkələrin dövlət başçılarının dördüncü sammitinə hazırlıq
məsələsi də daxildir. Sammit bu ilin sentyabrında Həştərxanda
keçiriləcək.
Prezident Qurbanqulı Berdımühəmmədov dördüncü sammitin əhəmiyyətini
yüksək qiymətləndirib və deyib ki, bu, Xəzərlə bağlı aktual məsələlərin
həlli üzrə konsensusa nail olunmasına yönələn danışıqlar prosesinə yeni
təkan verəcək.
Qeyd edək ki, R.Meredov bu yaxınlarda Bakıda olub, prezident İlham
Əliyevlə Xəzərin statusu məsələsini müzakirə edib. Qeyri-rəsmi
məlumatlara görə, həmçinin mübahisəli neft-qaz yataqlarının taleyinə,
Transxəzər qaz kəmərinin inşasının perspektivlərinə toxunulub.
rəsmi səfərlə bağlı Türkmənistan prezidentinin dəvətini İ.Əliyevə təqdim
edib
Short URL: http://www.cumhuriyyet.net/?p=5928