Obamanın Ərdoğanı niyə təbrik etmədiyi açıqlandı

12.04.2014 - 14:24

Türkiyədə 30 mart bələdiyyə seçkisində AKP qalib gələndən sonra
ölkənin baş naziri və partiyanın sədri Rəcəb Tayyib Ərdoğan bir sıra
dövlət rəhbərlərindən təbrik alıb. Lakin bu sırada ABŞ prezidenti Barak
Obama yoxdur. Türkiyə mediası da əsas diqqəti Obamanın Ərdoğanı arayaraq
təbrik etməməsinə yönəldib. Bununla bağlı müxtəlif mülahizələr
səslənməyə başlayıb.
Nəhayət, ABŞ hökuməti adından buna aydınlıq
gətirilib. ABŞ-ın Türkiyədəki səfiri Rikkardone “Cumhuriyyet” qəzetinə
açıqlamasında deyib ki, ölkəsinin yerli səviyyəli seçkilərə görə başqa
dövlətlərə təbrik göndərmək ənənəsi yoxdur. Buna görə də baş nazir
Ərdoğana bələdiyyə seçkisində qələbəsi münasibətilə Vaşinqtondan təbrik
gəlməyib. Səfir əlavə edib ki, belə bir gözləntidə olmaq yanlışlıqdır.

 azadliq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=5929

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728