Lütvəli Babayev "Əlif-ƏƏ" MMC şirkətinin rəhbərini necə susdurub?

12.04.2014 - 14:35

Qalmaqalı yatırtmaq və MMC rəhbərinin səs
küy salmaması üçün və icra başçısı “Əlif-ƏƏ” MMC-yə əlavə təmir üçün 3
bina verib və həmin binalardan mənimsənilicək vəsailəri “Əlif-ƏƏ”
MMC-nin rəhbərinə ərməğan edib


Zərdab
rayon icra başçısı Lütvəli Babayevlə rayonun abalıq işlərində podratçı
olaraq çalışan “Əlif-ƏƏ” MMC şirkətinin rəhbəri arasında qalmaqal
yayşanıb.
Davamlı olaraq adı müxtəlif
qalmaqallarda hallanan Zərdab rayonunun icra başçısı ilə şəhərdə abalıq
işlərinin aparılmasında iştirak edən “Əlif-ƏƏ” MMC şirkəti arasında
narazılıq yaşanıb. Bu öarədə Zərdab rayonundan PİA.AZ ilginc məlumat
daxil olub. Daxil olan məlumata əsasən icra başçısı Lütvəli Babayev
Zərdab şəhərinin abadlaşdırılmasında iştirak edən “Əlif-ƏƏ” MMC
şirkətinin rəhbəri arasında cidd problemləri yaşanıb. Hətta şirkət
rəhbəri icra başçısını açıq şəkildə təhdid belə edib. Məhz bu təhdidddən
sonra icra başçısı şirkət rəhbərinə əlavə tenderlər verərək problemin
böyüməsinin qarşısını alıb.
Məlumatda
göstərilir ki, “Əlif-ƏƏ” MMC Zərdab şəhər İncəsənət məktəbinin direktoru
Nicat Əlifinin atasına məxsusdur. Keçən il rayonun abadlaşdırımasına
görə bu şirkətə 95 min manat vəsait köşürülüb. Bildirilir ki, “Əlif-ƏƏ”
MMC yə vəsait Zərdab şəhərindəki binaların dam örtüklərinin
dəyişdirilməsi üçün köçürülüb. Bundan başqa rayonun daxili büdcəsindən
əlavə işlər üçün həmin şirkətə bir neçə yüz min manatda əlavə vəsait
köşürülüb.
Mənbəmiz idda edir ki, ayrılan
vəsaitlərin böyük bir hissəsi icra başçısı Lütvəli Babayev tərəfindən
mənimsənilib. Amma şirkət sahibi bütün “xeyirin” təkcə icra başçısı
tərəfindən götürülməsinə etiraz edib və rayona yoxlama gəldiyi zaman
Lütvəli Babayevə xəbər göndərib ki, yeyintini ört basdır etməsə bütün
maxinasiyaları “açıb tökəcəm” və Dövlət başçısına müraciət edəcəm.
Bildirilir
ki, Zərdabın icra başçısı, iqtisad elmləri namizədi Lütvəli Babayev
şirkətin həyata keçirdiyi təmir, tikinti işlərində mənimsəmələri ört
basdır etməklə bərabər, MMC rəhbərinin səs küy salmaması üçün “Əlif-ƏƏ”
MMC-yə əlavə  təmir üçün 3 bina verib və həmin binalardan mənimsənilicək
vəsailəri “Əlif-ƏƏ” MMC-nin rəhbərinə ərməğan edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az

Short URL: http://www.cumhuriyyet.net/?p=5932

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728