Zaur Hüseynov Tağı Əhmədovun qohumlarını "ovlayır"

12.04.2014 - 15:10

Zaur Hüseynov Tağı Əhmədovun qohumlarını "ovlayır"Zaur Hüseynov Tağı Əhmədovun qohumlarını “ovlayır”

Zaur Hüseynov Tağı Əhmədovun qohumlarını "ovlayır"Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov sabiq sədr Tağı Əhmədovun qohumlarının işdən çıxarılması haqqında təlimat verib.
Qeyd edək ki, Bakı Metropoliteninin  rəisi təyin olunduqdan sonra Zaur Hüseynov  ilk müsahibəsindəcə islahatların olacağına söz vermişddi. Yeni yaradılan Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilən Zaur Hüseynov verdiyi sözə əməl edərək ilkin olaraq metropoliten ərazisindəki mağazaları sökdürdü və bunulada Bakı Metropolitenində gediş-gəlişi normallaşdırdı. Hazırda bu tədbirdən sonra metroda elə də sıxlıq yaşanmır..
 Daxil olan məlumata əsasən Zaur Hüseynov Metropolitendə keçridiyi qapalı iclasda sabiq sədr Tağı Əhmədovun qohumlarının müəyyələşdirilməsi və onların fəaliyyətinin yoxlanılması ilə bağlı təlimat verib. İclasda iştirak edən mənbənin sözlərinə görə Zaur Hüseynov Tağı Əhmədova bağlı kadrların işdən cıxarılacağını elə iclasındaca bildirib. Mənbənin iddiasına görə artıq Zaur Hüseynovda Tağı Əhmədovun qohum əqrabasının siyahısı var və mayın 1-dən bu siyahıya uyğun sabiq rəisin qohumları işdən cıxarılacaq. Məlumat verən mənbəmizin sözlərinə görə artıq bir müddət ki, işə gəlməyən ölü canlar olan işçilər işə cıxmağa başlayıb və onların metropolitendə peyda olması hamını şaşqın vəziyyətə gətirib.
Qeyd edə ki, azerinfo.org saytı Tağı Əhmədovun qohumların siyahısının onlarda olması ilə bağlı məlumat yayıb. Həmin məlumata əsasən onların 90 faizinin yüksək vəzifə daşıyır. Bildirilir ki, həmin siyahıdakı 1500 işcinin bir qismi ölü canlardır ki, uzun müddət dövlətdən əməkhaqqı və sosial təminatlar alıblar. Digər bir qismi isə yüksək vəzifələri  rəislərin yaxın qohumları kimi bu posta yiyələniblər. Hətta məlumata əsasən Tağı Əhmədovun yaxın qohumu olan (kirvəsi) idarə rəisinin əslində orta məktəbin natamam təhsilli olduğu aşkar olunub. Onun təqdim etdiyi ali təhsil haqqında diplomun saxta olduğunu öyrənən Zaur Hüseynov təcili tədbir görülməsi tapşırığını verib. (pia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=5935

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728