Zəngilanda Suriya ermənilərinə 12 ev verildi

12.04.2014 - 15:28

Zəngilanda Suriya ermənilərinə 12 ev verildi

Azərbaycanın işğal altındakı Zəngilan şəhərində Suriyadan gələn ermənilərə 12 mənzilin açarlarının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, bununla da Zəngilan rayonu ərazisində qanunsuz məskunlaşmış 30 suriyalı erməni ailəsinin hamısı mənzillə təmin edilib. Bir neçə həftə əvvəl isə qalan suriyalı ermənilərə mənzillər təqdim edilmişdi.
Erməni işğalçılarının Zəngilanda yaratdıqları administrasiyanın rəhbəri Ruben Matevosyan deyib ki, hazırda bu rayonda məskunlaşmaq istəyən başqa suriyalı erməni ailələri də var. Rayonda məskunlaşdırılan suriyalı erməni ailələrinə pulsuz torpaq sahələri verilib. Suriyalı ermənilər işğal altındakı Laçın və Kəlbəcər rayonlarında da məskunlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=5936

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728