İlham Mirzəyevin həbsində AST Telman və Abbas Abbasov izi?

12.04.2014 - 17:08

Teleaparıcı İlham Mirzəyevin həbsi  ilə bağlı yeni iddia ortaya
çıxıb. İlham Mirzəyevlə bağlı araşdırma yazıların müəllifi olan  “Xalq 
qəzeti”nin  yazarı  İttifaq Mirzəbəyli  öz  Facebook  statusunda 
teleaparıcının   AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov və
baş nazirin keçmiş müavini Abbas Abbasovla  əlaqələrinin olduğunu 
yazıb.

Qeyd edək ki, rəsmi qurumlar İlham Mirzəyevin falçılıqla məşğul
olduğunu və bir sıra insanları aıdadaraq dələduzluqla məşğul olduğunu
bildiriblər.
Mirzəbəyli statusunda yazır ki, İlham Mirzəyevi yerində
saxlayan adamlardan biri ötənilki prezident seçkilərindən əvvəl
Moskvadan İstanbula gələrək, Azərbaycandakı siyasi vəziyyətə müdaxilə
etmək barədə plan hazırlanmasında iştirak edib. İndi həmin məsələnin
detalları araşdırılır: “Detal isə çox pis şeydir”,  

Bu informasiya qarşılığında prezident seçkilərindən öncə İlham
Mirzəyevin Türkiyədə – Antalya və İstanbulda – dincəlməsi və AST
Telmandan qiymətli hədiyyələr alması xəbəri gündəmə gəlir. 

Həmin ərəfədə mediaya açıqlama verən İlham Mirzəyev Türkiyə
istirahətindən danışarkən, Antalyada “Mardan Palace”da dincəldiyini
təsdiqləyir:   “Antalyada “Mardan Palace”da 10 gün həm dincəldim, həm də
müalicə aldım. Gündüzlər bir neçə saat Antalyada xəstəxanada müalicə
alırdım. Günün qalan hissəsini ailəmlə birlikdə dincəlirdim. 10 gün
Antalyada qaldıqdan sonra İstanbula gəldim və daha 5 gün Hilton oteldə
dincəldik”.  İlham Mirzəyev ANS-ə verdiyi açıqlamada istirahət etdiyi
otelin sahibi, azərbaycanlı biznesmen Telman İsmayılovdan böyük diqqət
və hörmət gördüyünü də demişdi:    “Nə yaxşı ki, bu dünyada yaxşı
insanlar var. Telman bəy mənim orada dincəldiyimdən xəbər tutduqda öz
diqqət və qayğısını bizdən əsirgəmədi. Otelində qaldığım müddətdə
dünyanın dörd tərəfindən orada dincəlməyə gəlmiş azərbaycanlılarla
görüşlərim təşkil edildi”. 

İlham Mirzəyevlə Telman İsmayılovun arasında yüksək münasibətlərin
olduğunu təsdiqləyən digər fakt isə teleaparıcıya qızıl və gümüşlə
işlənmiş əl işi olan Müqəddəs Quran kitabı və “Mardan Palace”ın leybolu
qızıl əqrəb bağışlanmasıdır. Hündürlüyü 40 sm, eni 20 sm ölçülü qızıl
əqrəbin çəkisi təxminən 500 qramdır:    “Telman İsmayılov  mənə belə bir
gözəl hədiyyəni etdi. Bu Quranın qiyməti yoxdur. Çünki əl işidir və
kitabın öz üzəri əl işi ilə qızıl və gümüşlə işlənib, vərəqləri qızıl
suyuna salınıb. Qabı bütünlüklə qızıl və gümüşdən ibarətdir. Xüsusi
olaraq hazırlanmış bu müqəddəs kitabın qiyməti yoxdur”. 
Azərbaycanda
hakimiyyət dəyişikliyində maraqlı olması ilə bağlı ciddi iradlarla
qarşılanan və İlham Mirzəyevin işdə saxlanılmasının əsas səbəbkarı
sayılan Telman İsmayılov və Abbas Abbasovun prezident seçkilərindən
əvvəl Türkiyədə olmaları və həmin ərəfədə İlham Mirzəyevin “Mardan
Palace”də dincəlməsi  elə belədirmi? (avropa.info).

Short URL: http://www.cumhuriyyet.net/?p=5947

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728