Müsavat siyasi dustaqlara dair bəyanat yaydı

12.04.2014 - 18:02

Müsavat Partiyası Məclisi sayı gündən-günə artmaqda olan siyasi
dustaqlarla bağlı bəyanat qəbul edib. Bu barədə partiyanın mətbuat
xidmətindən xəbər verilib.
Bəyanatda bildirilir: 
“Müsavat
Partiyası başqanının müşaviri Yadigar Sadıqovun şərlənərək həbs edilib
və heç bir hüquqi faktlara əsaslanmayan məhkəmə tərəfindən  6 il həbs
cəzasına məruz qoyulub. Onun barəsində verilən apellyasiya şikayətinə
baxılmasının naməlum səbəblərdən uzadılması anlaşılan deyil. Son
günlərdə bu şikayətə baxılmasının 15 aprel saat 1000-a təyin edilməsi
haqqında məlumat əldə olunub. 
23 yanvar 2013-cü il tarixində
harın məmur övladlarının təhqirlərinə dözməyərək, onlara qarşı etiraz
edən İsmayıllı camaatına qarşı qaldırılan cinayət işinə yerli sakinlərə
əlavə olaraq, 24 yanvarda bu şəhərdə 10-15 dəqiqə hadisə yeri ilə tanış
olan “Yeni Müsavat” qəzetinin köşə yazarı, Müsavat Partiyası başqanının
müavini Tofiq Yaqubluya və “REAL” Hərəkatının sədri İlqar Məmmədova
müvafiq olaraq 5 və 7 il həbs cəzası veilib. Məhkəmənin gedişi zamanı
aparılan istintaqın siyasi sifarişə əsaslandığı  faktlarla təsdiqləndi.
Proses zamanı təqsirləndirilən şəxslərin və onların vəkillərinin
verdikləri vəsatətlərin böyük əksəriyyətinin qəbul edilməməsi, heç bir
səbəb olmadan əsassız olaraq həbs qətimkan tədbirinin qüvvədə
saxlanılması, istintaq materiallarının – video-diskin cinayət işindən
yoxa çıxması, hakimin açıq-aşkar ittiham tərəfinin mövqeyini müdafiə
etməsi, öyrədilmiş şahidlərin izahatları və onların məhkəmədə verdikləri
cavablar arasında aşkara çıxan ziddiyyətlərin araşdırılmaması və
nahəyətdə dövlət ittihamçısının ittihamını əsas tutaraq həbs cəzalarının
verilməsi Azərbaycan məhkəmələrinin  siyasi qərar əsasında hökm
çıxardığını bir daha təsdiqləyir. Hazırda bu işlə bağlı apellyasiya
şikayəti verilib. Beynəlxalq təşkilatlar və  bir sıra  dövlətlərin
 səfirlikləri tərəfindən bu məhkəmələrin siyasi sifarişlə həyata
keçirildiyi bəyan edilsə də, Azərbaycan məhkəmələri bu cür
qanunsuzluqları davam etdirir. 
“N!DA” Vətəndaş Hərəkatının və
AGT üzvü olan gənclərin məhkəmə prosesində də yuxarıda qeyd olunan
halların təkrar olunması, “N!DA”çı gənclərə verilən işgəncə faktlarının
ortaya çıxması yuxarıda söylənilən fikirlərin doğru olduğunu sübut
edir. 
QHT rəhbərləri Pərviz Həşimli, Anar Məmmədliyə qarşı
irəli sürülən əsası olmayan iddialar və həbsdən sonra bugünlərdə Gəncədə
 Həsən Hüseynliyə qarşı da “Lənkəran ssenarisi” həyata keçirilib.
Facebook sosial şəbəkəsində hakimiyyəti tənqid edən fikirlər
səsləndirdikləri üçün Elsevər Mürsəlli və Abdul Əbilov müxtəlif qondarma
ittihamlarla həbs olunublar. İnanclı kəsimin də bir sıra nümayəndələri
siaysi sifariş əsasında uydurma ittihamlarla zindan həyatı yaşayırlar.
Müsavat
Partiyasının Məclisi beynəlxalq təşkilatların nümayəndələrinin iştirak
etdiyi məhkəmələrdə siyasi sifarişlər əsasında verilən məhkəmə
hökmlərinin Avropa İnsan Haqları Məhkəməsinin prinsiplərinə zidd
olduğunu və nəticədə siyasi məhbusların sayının artmasına səbəb
olduğundan narahatlığını ifadə edərək, bu halın insan haqlarına və
demokratik dəyərlərə zidd olduğu kimi Avropa Şurasının üzvü  və hətta
2014-cü ilin may ayından Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik
etməyə hazırlaşan bir dövlət olaraq Azərbaycanın maraqlarına də zərbə
olduğunu bəyan edir”.

Müsavat Partiyasının Məclisi adları qeyd
olunan və sifarişlə həbs edilmiş digər siyasi məhbusların tez bir
zamanda azad olunmasını Azərbaycan hakimiyyətindən tələb edir, siyasi
məhbusların həbsdən azad edilməyəcəyi təqdirdə, 2015-ci ildə Bakı
şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Oyunlarının boykot
edilməsi çağırışı ilə dünyanın demokratik dövlətlərinə müraciət etmək
haqqında partiya Məclisinin qərarının  qüvvədə olduğunu bir daha bəyan
edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5948

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728