İcra başçısı və deputatın əlindən özünü yandıracaq…
Daha bir vətəndaş özünü yandıracağını dedi

Onun
dediyinə görə, bu addımı atmasına səbəb torpağının əlindən qanunsuz
olaraq alınması və bu haqsızlığı heç cürə aradan qaldıra bilməməsidir.
Quliyevin sözlərinə görə, torpaq islahatları nəticəsində onların
ailəsinə düşən 60 sot torpaqdan məhrum edilib. Bunu edənlər isə rayonun
icra başçısı Rövşən Bağırov və deputatı İqbal Məmmədovdur. Şikayətçinin
sözlərinə görə, onların ərazisinə elektrik stansiyası salınır. Plan
onların heç bir razılığı əldə edilmədən, kompensasiya verilmədən icra
olunur: “Adını çəkdiyim şəxslər bizi heçə sayaraq, ərazini
“Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevə satıblar. Həmin yerdə taxıl
əkmişdim, texnikanın qabağına verib onu da zay etdilər. Bunu ancaq
düşmən edərdi. Biz də dinlənəndə, anam qarşıq təhqir olunduq, adını da
qoydular ki, siz bədxahsız, prezidentin sərəncamına qarşı çıxırsınız”.
Eldəniz
Quliyev qəzet vasitəsi ilə dövlət rəhbərliyinə üz tutaraq, torpağının
“işğalçılardan” azad edilməsini və ya ona ədalətli kompensasiya
verilməsini istəyir: “Mən daha şikayət məktubları yazmaqdan yorulmuşam.
Heç kim səsimi eşitmir. Hüquqlarımı müdafiə etdiyimə görə məni
sıxışdırılar, hədələyirlər. Bu müraciətimə də cavab verilməsə, ailəmi
götürüb Ermənistana sığınacam.Ya da evin altına yığıb od vurub
yandıracam”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5953