Ağalarov 1,8 milyard dollarlıq mübarizədə Putinin dostuna qalib gəldi
azərbaycanlı milyarder, “Crocus Group” şirkətlər qrupunun sahibi Araz
Ağalarov qazanır.
“Kommersant” qəzeti bu layihə üzrə elan edilmiş
tenderə qatılan şirkətlər arasında ən aşağı qiyməti məhz Araz
Ağalarovun şirkətinin verdiyini yazıb.
Bu nəhəng yol-nəqliyyat
infrastrukturu layihəsi üzrə tenderə üç şirkət qatılmışdı. Onlardan biri
ərəb əsilli milyarder Ziyad Manasirin “Stroyqazkonsaltinq” şirkəti,
digəri prezident Vladimir Putinin dostu və Rusiya neftinin beynəlxalq
bazarlarda ticarətini təşkil edən nəhəng “Gunvor” şirkətinin prezidenti
Gennadi Timçenkoya bağlı şirkət, üçüncüsü isə “Crocus Group” idi.
Məlum
olub ki, Ağalarovun şirkəti bu layihəni 53,3 milyard rubla (təxminən
1,8 milyard dollar) həyata keçirməyə hazır olduğunu tender komissiyasına
bildirib. Ziyad Manasirin şirkəti layihə üçün 55,86 milyard,
Timçenkonun şirkəti isə 57 milyard rubl istəyib. Belə olan halda tender
komissiyasının məhz “Crocus Group”a üstünlük verməsi qaçılmazdır.
Tenderi
Moskva meriyasının “Avtodor” şirkəti elan etmişdi. Söhbət uzunluğu 49.5
kilometr olan M-4 “Don” trasının və 11 kilometrlik A-107 trasının
çəkilməsindən gedir. Layihənin qiyməti 52,4 milyard rubl həcmində
dəyərləndirilmişdi və şərtə görə, bu vəsaitin 6,8 milyard rublunu
podratçı şirkət investisiya şəklində özü yatırmalı idi. İnvestor
qoyulmuş vəsaiti yolun istismarından əldə edilmiş vəsaitlər hesabına
geri alacaq. Tenderin qalibinin rəsmən aprelin 30-da elan edilməsi
planlaşdırılır.
Ağalarovun şirkəti tender komissiyasına təqdim
etdiyi təklifə əsasən şirkət dövlət büdcəsindən layihəni həyata keçirmək
üçün ən aşağı məbləğ – 47,2 milyard rubl ( təqribən 1,5 milyard dollar)
istəyir. Qalan 6,1 milyard rublu isə öz hesabına yatıracaq. Tender
komissiyasının “Crocus Group”a üstünlük verəcəyinə şübhə yoxdur.
Beləliklə,
Ağalarovun şirkəti bu il ərzində artıq ikinci dəfəri Rusiya büdcəsindən
maliyyələşən layihəni udur. Ötən həftə “Crocus Group” futbol üzrə
2018-ci il dünya çempionatı ilə bağlı Rostovda və Krasnodarda iki
stadionun tikintisi layihəsini də almışdı. İki layihənin ümumi dəyəri 28
milyard rubldur.
Maraqlıdır ki, bundan əvvəl Ağalarov bir daha
dövlət büdcəsindən maliyyələşən layihələrə maraq göstərməyəcəyini
demişdi. Vladivostok yaxınlığındakı Rus adasında Uzaq Şərq Universiteti
kompleksinin (2 milyard dollarlıq layihə) tikintisindən sonra iş adamı
demişdi ki, “Crocus Group” öz profilinə uyğun olaraq əyləncə və
istirahət, ticarət komplekslərinin, elit yaşayış binalarının tikintisi
ilə məşğul olmaq istəyir. Ağalarov demişdi ki, onun şirkəti
Vladivostokdakı layihədən faktiki olaraq heç nə qazanmayıb
(Virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=5954