Samir Şərifov şok nəqliyyat dosyesi hazırladır

12.04.2014 - 19:09

Maliyyə Nazirliyi Nəqliyyat Nazirliyi ilə
“Azəryolservis”in birgə maxinasiyalarını araşdırar

 

Maliyyə
naziri Samir Şərifov beynəlxalq donor təşkilatlarının və Dövlət Büdcəsi
hesabına aparılan yeni magistral avtomobil yollarının tikintisində nəqliyyat
naziri Ziya Məmmədovla “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun yol
verdikləri maliyyə fırıldaqları ilə bağlı dosye hazırlatdırıb.

Yeni
magistral yolların layihə çevrəsinə daxil olan yaşayış və qeyri-yaşayış
sahələrinin qiymətləndirilməsi, eyni zamanda, ayrılan vəsaitin həddindən artıq şişirdilməsi, üstəlik, əlavə
vəsaitlərin tələb olunması Maliyyə Nazirliyini hərəkətə gətirib. Məlumdur ki,
10 ildən çoxdur ölkənin yol infrastrukturunun yenidən qurulması istiqamətində
köklü layihələr həyata keçirilir. Son bir ilə qədər həyata keçirilən
layihələrdə qiymətlərin həddindən artıq şişirdilməsindən sonra yuxarı dairələr
Maliyyə Nazirliyinin hərəkətə keçirib. Söz yox ki, Maliyyə Nazirliyi, konkret
olaraq nazir Samir Şərifov və nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin
rəhbərliyi belə təftişlərdə də maraqlı olublar. Odur ki, Samir Şərifov yaranmış
vəziyyətdən daha fürsətcil davranaraq Ziya Məmmədovla Cavid Qurbanovun yol
verdikləri və milyonlarla ölçülən maliyyə fırıldaqlarını ciddi mühasibat və
ekspert rəyləri ilə arxivləşdirib. Ziya Məmmədovla Cavid Qurbanovun ətrafında
yaşanan son gərginliklər də, əslində, Maliyyə Nazirliyinin hazırladığı və
yuxarılara təqdim etdiyi dosye ilə əlaqədardır. İndi Ziya Məmmədovla Cavid
Qurbanovdan mənimsənilən və hara xərcləndiyi bilinməyən milyonların hesabı
sorulur.

Mənbə
bildirir ki, son bir ildə kompensasiyalarla bağlı narazılıq edənlərin Maliyyə
Nazirliyinə yönəldilməsi də təsadüfü deyil: “Artıq maliyyə məsələlərini Maliyyə
Nazirliyi öz əlində cəmləyib. Maliyyə Nazirliyi Nəqliyyat Nazirliyi ilə
“Azəryolservis”in birgə komissiyasının qiymətləndirmə aktlarını ciddi qəbul
etmir. Tam əksinə, onlardan sonra yeni bir komissiya göndərib, yenidən
qiymətləndirmə aparırlar. Nəqliyyat Nazirliyi ilə “Azəryolservis”in qapısını
döyən narazıları isə bu səbəbdən Samir Şərifovun üzərinə yönəldirlər. Maliyyə
Nazirliyində, konkret Dövlət Maliyyə Nəzarəti Xidmətində isə narazıları Ziya
Məmmədova qarşı açıq şəkildə təlimatlandırırlar. Bu isə tərəflər arasındakı
qarşıdurmanın daha “dərinliklərə işlədiyi”ni göstərir”.

Məlumatlı
şəxs deyir ki, Maliyyə Nazirliyinin rəhbər şəxsləri yaranmış vəziyyətdən
istifadə edərək, öz şəxsi mənafelərini güdməkdən də çəkinmirlər: “Təkcə Maliyyə
Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun son bir ildəki maddi durumu
araşdırılsa, o zaman mənim nə demək istədiyim aydın olacaq”. Məlumatlı şəxsin
sözlərinə görə, Ziya Məmmədov təkcə magistral yol çəkilişlərində həddən artıq
sərf olunan vəsaitlərə görə “nişangah”a gətirilməyib. Onun birbaşa nəzarəti
altında “Dövlət Dəmir Yol” QSC-nin tikinti departamentinin rəisi Çingiz
Məmmədovun Quba, Ucar, Gəncə və digər rayonlarda kurasiyalarına aid olmayan
sahələrdə apardıqları tikinti işləri də ciddi nəzarət altına götürülüb. Məncə,
yaxın vaxtlarda bu qurumun rəhbəri Arif Əsgərovu da “dalan”a dirəyəcəklər”

 

Çingiz Coşqun

Short URL: http://www.cumhuriyyet.net/?p=5955

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728