İmişli təhsilində "rüşvət burulğanı"

12.04.2014 - 20:39

Ramiz Əmirov icra başçısına “haqq” verir?

Ölkə
təhsilinin acınacaqlı durumu ilə bağlı geniş müzakirə açmağın özü belə
yersizdir. Xüsusilə də rayonlarda təhsilin keyfiyyətinin əvvəlki illərlə
müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı düşməsi, məktəblərin bilik
məbədi olmaqdan çıxaraq kimlərinsə qazanc mənbəyinə çevrilməsi günümüzün
acı reallığıdır. Bu acı reallığın “parlaq nümunələrindən” biri isə
İmişli rayonunun təhsilidir.
İmişli
rayonundan SAVASH.ORG-a daxil olan məlumatlarda bildirilir ki, rayon
Təhsil Şöbəsninin nəzdində olan orta məktəblərdə sözün həqiqi mənasında
bazar açılıb. Belə “bazarların” sayəsində şəxsi kapitalını artıran isə
rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovdur.
Məlumat üçün
bildirək ki, İmişli təhsil şöbəsinin tərkibində 63 ümumitəhsil məktəbi
və 3000-dən çox işçi var. Son illər ərzində İmişlidəki bir sıra
məktəblərin binası əsaslı şəkildə təmir edilsə də bu, rayon təhsilinin
keyfiyyətində özünü göstərməyib və tədris sadəcə kağız üzərindədir.
Mənbəmiz idda edir ki, rayonun Oruclu, Telisli, Qaravəlili, Bəcirvan,
Qarallar, Cəfərli, Xoşçobanlı, Göbəktala, Ölcələr, Qaradonlu, Məzrəli və
digər kəndlərdə fəaliyyət göstərən məktəblərdə şagirdlərin jurnallarda
sadəcə adları mövcuddur. Adıçəkilən kəndlərdəki orta məktəblərdə
şagirdlərin əhəmiyyətli kəsimi dərslərdə iştirak etmir və dərs saatları
ayda azı 28 gün boş keçir.
Mənbəmiz bildirir
ki, İmişli şəhərində yaşayan imkanlı vətəndaşlarının uşaqları ali
məktəbə hazırlamaq üçün paytaxt Bakıda hazırlıq kurslarına gedirlər.
Həmin şagirdlərin sadəcə adları məktəblərin jurnallarında gedir.
Mənbəmiz qeyd edir ki, Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov imkanlı
şagirdlərin adlarını kənd məktəblərinə yazdıraraq valideyinlərdən illik
hesab alır. Əldə etdiyimiz məlumata görə, il ərzində dərsə gəlməyən və
İmişlidə adı gedən hər belə şagirddən 600-800 manat aralığında rüşvət
alınır. Elə bu və digər maliyyə maxinasiları sayəsində də  Ramiz Əmirov
İmişli rayonunun sayılıb-seçilən oliqarxlarından birinə çevrilməyi
bacarıb.  Onun  İmişlidə dəbdəbəli evi və Bakı şəhərində bir neçə
mənzili olduğu saytımıza daxil olan informasiyalar arasındadır. Ramiz
Əmirova məxsus təsərrüfatda isə yüzlərlə baş qoyunun olduğu söylənilir.
İşin
maraqlı tərəflərindən biri isə təhsil şöbəsinin müdirinin təhsil
maxinasiyalarına icra başçısını da şərik etməsidir. Belə ki, Təhsil
şöbəsinin müdiri icra başçısına ayda 7 min manat hesab verdiyini bəyan
edir. Onun bu iddiasının nə dərəcədə doğru olması və digər maraqlı
nüanslarla bağlı geniş araşdırmamızı isə yaxın günlıərdə oxuya
biləcəksiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=5957

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728