İlham Mirzəyev 2 ay müddətinə həbs edildi

12.04.2014 - 20:43

Məhkəmə İlham Mirzəyev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı İlham Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib.
Teleaparıcının vəkili Xanlar Ələkbərzadə açıqlamasında məhkəmənin onun
barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçməsi barədə qərar
çıxardığını deyib. X. Ələkbərzadə bildirib ki, İ. Mirzəyev məhkəmədə ona
qarşı irəli sürülən ittihamla razılaşmadığını, dələduzluğa yol
vermədiyini açıqlayıb.
Vəkilin sözlərinə görə, teleaparıcı deyib ki, başına gələn bu olayda 5
ay əvvəl haqqında şikayət etdiyi və hazırda işinə Yasamal Rayon
Məhkəməsində baxılan Asif Əliyev adlı şəxsin yaxınlarından şübhələnir:
“İlham Mirzəyev ölümlə hədələndiyi, döyülərək xəsarət aldığı üçün
şikayət edib və Yasamal Rayon Məhkəməsində baxılan işlə əlaqədar
prokuror bu günlərdə Asif Əliyevin 5 il azadlıqdan məhrum edilməsini
istəyib. İlham Mirzəyev bu məsələdə də bilavasitə həmin müdafiə
tərəfindən şübhələnir”.
Xatırladaq ki, məhkəmə prosesində İlham Mirzəyev 2 aylıq həbsə məhkum
olunma xəbərini eşidincə, özündən gedib. Nərimanov məhkəməsinə təcili
tibbi yardım briqadası çağırılıb və İlham Mirzəyevə tibbi yardım
göstərilib.
Bundan sonra “İlhaMed” klinikasının təsisçisi və “Space” kanalının aparıcısı İlham Mirzəyev özünə gəlib.
Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə
əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət
işi başlanıb, istintaq aparılır. Bildirib ki, İ. Mirzəyev vətəndaşların
çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930