Taliban lideri həbs edildi

12.04.2014 - 20:45

Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri Taliban rəhbərliyində yer alan Ağa Can Mutasimi ev dustağı edib.
Mutasim Talibanın maliyyə işlərinə rəhbərlik
edib. Onun köməkçisi mətbuata açıqlamasında Taliban liderinin BƏƏ-də
həbs edilməsini təsdiqləyib. Onun sözlərinə görə, Talibanın keçmiş
nazirlər kabinetinin üzvü tezliklə Kabilə deportasiya edilə bilər. Ağa
Can Mutasimin saxlanma səbəbləri açıqlanmır.
Bir muddət öncə yüksək rütbəli şəxsin ailə üzvləri Əfqan mediasına
Mutasimin Birləşmiş Ərəb Əmirliklərində itməsi barədə məlumat
vermişdilər. Ailə üzvləri bir həftə ərzində siyasətçinin telefon
zənglərinə cavab vermədiyi səbəbindən narahat idilər.

Qeyd edək ki, Ağa Can Mutasim Talibanın ən nüfuzlu liderlərindən biri
hesab olunur. Yanvarın sonunda o, Dubayda Əfqanıstanın xüsusi xidmət
orqanları ilə danışıqlarda iştirak edib. Son cümə axşamı Mutasim Yüksək
Barış Şurası nümayəndəsi Məhəmməd Əmin Vakadla görüşündə yaxın gələcəkdə
BƏƏ ilə Taliban arasında danışıqlara başlamaq lazım olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5960

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930