"Nurçu"luq cinayətdir, yoxsa haram "pulçu"-luq?

12.04.2014 - 21:59

Eyni  araşdırmalar niyə PKK yönümlü məmurlar,
deputatlar, erməni əsilli vəzifəli şəxslərlə bağlı aparılmır?
Eyni araşdırmalar niyə PKK yönümlü məmurlar,
deputatlar, erməni əsilli vəzifəli şəxslərlə bağlı aparılmır?

 

Bir aydan çoxdur ki, “nurçu”luq mövzusu ölkə
gündəmini zəbt edib. Kimi dindirirsən Fətulla Gülənin Azərbaycanda olan
bağlantılarından, onun hakimiyyətdaxili şəbəkəsindən danışır. iqtidaryönlü
media Əliyev hökümətində yer alan “nurçu”ların siyahısını, onların təmsil
olunduğu şəbəkə haqqında geniş məlumatlar dərc edir. Hətta söylənilir ki, bu
yaxınlarda ölkəmizə səfər edən Ərdoğan Əliyevə “Gülən dosyesi”- ni təqim edərək
onların cəzalandırılmasını təveqqə edib. Türkiyənin baş naziri də öz ölkəsində
azərbaycanlı həmkarı ilə bu barədə danışıqlar apardığını təsdiqləyib.

“Nurçu”luq-
Ərdoğanla Əliyevin ortaq dərdi…

Görünən odur ki, Əliyev höküməti və mediası
“nurçu” axtarışına çıxıb. Sankı ölkədə “nurçu”- ları ifşa etmək erməni
diversantını, kəşfiyyatçısını ifşa etmək kimi əhəmiyyətli bir şeyə çevrilib.
“İfşa” oyunlarına baxdıqca düşünməli olursan; əcaba görəsən “nurçu” luq nəmənə
şeydir? Bu cərəyan doğurdanmı ölkəmizə və qardaş Türkiyəyə bunca ziyan vururmu
ki, iki ölkənin qos- qoca dövlət başçıları təkbətək, qapalı görüşlərində belə
bu məsələni müzakirə edib “biz ortaq dərdlərimizi paylaşırıq” deyirlər.
Doğurdanmı Fətulla xoca iki ölkənin ortaq dərdidir? Görəsən bu ixtiyar adam
Azərbaycana və Türkiyəyə hansı dərd gətirib? Türkiyədəki vəziyyət məlumdur.
“Hizmət” hərəkatı Ərdoğan hökümətinə müxalifdir. Bu üzdən AKP- çilərin onlara
qızgın olması başa düşüləndir. Bəs Azərbaycan? Axı “nurçu”- lar ölkəmizdə
hökümətə müxalif deyillər. Əksinə bu cərəyana bağlı olmaqda ittiham edilən
məmurların, deputatların, iş və təhsil adamlarının demək olar ki, böyük əksəriyyəti Əliyev hökümətini sevir və
ona HİZMƏT  edirlər. Elə isə maraqlı sual
yaranır;

Rəsmi Bakı
“nurçu”luğu niyə dışlayır?

Və ya doğurdanmı
dışlayır?

Görünən odur ki, Əliyev höküməti Ərdoğana
söz verdiyi və özünün də sətiraltı etiraf etdiyi kimi “ortaq dərd” olan
“nurçu”luğu Azərbaycanda sıxışdırır. Ən azından bu yöndə hakmiyyət və ona yaxın
mediada geniş kampaniya, əks təbliğat aparılır. Ötən yazımızda da qeyd
etdiyimiz kimi əslində Prezident Administrasiyaının keçmiş şöbə müdiri Elnur
Aslanovun vəzifə dəyişkənliyini nəzərə almasaq hakimiyyətin üst qatlarında bu
istiqamətdə hər hansı basqı, təzyiq yoxdur. Deməli, “nurçu”- luğun dışlanmasına
dair rəsmi Bakının apardığı kampaniya görüntü xarakteri daşıyır. Bu kampaniya ölkə
mediasının və ictimaiyyətinin diqqətini daxili sosial problemlərdən və yanlış
idarəetmənin fəsadlarından yayındıraraq absurd bir mövzunun müzakirəsinə
yönəltmək cəhdidir. Digər tərəfdən isə Ərdoğana xoş gəlmək üçün jestdir. Çünki
ölkədə “nurçü” adına nə varsa hammısı hakimiyyətə bağlıdır, onun nəzarəti və
monopoliyası altındadır.. Yəni Əliyev höküməti lazım gələndə Rusiyapərəst,
lazım gələndə qərbmeylli, lazım gələndə RKK sevdalı, lazım gələndə isə “nurçu”
olmaq bacarığına malikdir və ya əksinə. Çünki bizim hökümətin konkret sabit,
oturuşmuş daxili və xarici siyasəti yoxdur.

Hansı
təhlükəlidir; “nurçu”luq, yoxsa?

Bizim diqqətimizi çəkən məqam
hakimiyyətyönlü çevrələrin, medianın apardığı anti- “nurçu” təbliğatı ilə
bağlıdır. Bu hökümət son 20 ildə o qədər yarıtmaz, xalq, insanlığa zidd siyasət
aparıb ki, artıq onun pis dediklərini yaxşı, yaxşı dediklərini pis kimi qəbul
etmək zorundayıq. Elə “nurçu”luqla da bağlı belədir. Görəsən, doğurdanmı
“nurçu”luq belə təhlükəli, qorxunc bir şeydir? Axı o maarifləndirməyə yönələn
dini cərəyandır. Nə silahlanmış vəhabilər kimi islamı bölür və terrora
sürükləyir, nə də tükçülüyə qənim kəsilmiş PKK kimi ölüm qoxuyur. Əksinə
“nurçu” luq elmli, savadlı, kamil vətəndaş olmağı insanlara aşılayır və onların
qurduğu vəqflər, təhsil ocaqları, media holdinqləri, biznes mərkəzləri də məhz
bu amala xidmət edir.  Məsələn, Çağ
Öyrətim İşlətmələri, Azərbaycan Türkiyə Özəl Liseyləri, Qafqaz Universiteti və
s. təhsil mərkəzləri Azərbaycanın ali və orta ixtisas məktəblərindən fərqli olaraq
şagirdlərə, tələbələrə daha yüksək səviyyəli təhsil, elmlə, biliklə yanaşı həm
də təlim- tərbiyə verir. Bu mərkəblərdə demək olar ki, rüşvət yoxdur,
Azərbaycan məktəblərindən fərqli olaraq. Bəs onda niyə “nurçu”luq bu qədər
ittiham olunur, aşağılanır və ona qarşı səlib yürüşü aparılır?

İşini- gücünü atıb “nurçu”luğa qarşı
müharibə aparanlara sual etmək olar; siz bu müharibəni torpaqlarımızn 20%- ni
işğal etmiş ermənilərə qarşı, terrorçu ASALA, RKK təşkilatına qarşı niyə
aparmırsınız? “Nurçu”lar ki, torpaqlarımızı işğal etməyib, Xocalı soyqırımını
törətməyib, 30 min türkü qanına qəltan etməyib axı. Onlara qarşı göstərdiyiniz
adekvat həssaslığı, nifrəti niyə ermənilərə, kürd sepratçılarına qarşı
göstərmirsiniz? Ölkəmizdə hər addımbaşı insanların haqqı- hüququ tapdanır.
Fərqli fikirə görə insanlar həbsxanaya atılır, ölkədən sürgün edilir, qanına
qəltan edilir. Bəz niyə səsinizi çıxarmırsınız? Ölkədə “nurçu”luqla bağlı
apardığınız araşdırmaları niyə PKK yönümlü məmurlar, depuatalar, erməni əsilli
yüksək vəzifəli şəxslərlə bağlı aparmırsınız? Axı belə şəxslərin Azərbaycan
parlamentində, dövlət hakimiyyətinəd yer tutması ölkəmizin bu günü və gələcəyi
baxmdan çox təhlükəlidir…

Ölkədə korrupsiya, yalan, saxtakarlıq ayaq
tutub yeriyir. Bəyəm bunları da görmürsünüzmü? Məmurlar və onların harın,
qudurğan övladları dəyəri yüz minlərlə ölçülən ən son marka xarici maşınlarda
gəzirlər, bahalı villalarda yaşayırlar. O pullar hardandır? O pullar xalqın
cibindən, kasıbın- küsübün boğazından kəsilib oğurlanan haram pullardır. İndi
sual oluna bilər; kamil insan olub, xalqa hizmət etməyi qarşısına məqsəd qoyan
“nurçu”luq təhlükəlidir, yoxsa xalqın malını, mülkünü, pulunu, hakimiyyətini
oğurlayıb talan etmək?

Hansı
cinayətdir; “nurçu”luq, yoxsa haram “pulçu”-luq?

 

Kürşad
KAYA

Short URL: http://www.cumhuriyyet.net/?p=5964

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728