Ərdoğandan Twitter-ə ciddi ittiham

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Twitteri vergidən yayınmada günahlandırıb.
Ərdoğan istintaq başlanacağına içarə verib. “Twitter, Youtube və
Facebook – beynəlxalq korporasiyaları yalnız mənfəət əldə etmək üçün
yaradılıb. Twitterdə vergidən yayınma halları baş verib. Biz bunu
araşdıracağıq” – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Əvvəllər baş nazir dəfələrlə sosial şəbəkələrin bağlanması ehtimalını
bəyan etmişdi. O, bu şəbəkələrdə dərc olunmuş materiallarda dövlət
sirrlərini yayma və şəxsi həyata müdaxilə səbəbindən bu ehtimalın
olduğunu qeyd edib. (anspress.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5966