Hakimiyyətin gücsüzlüyü

12.04.2014 - 22:41

“Hizmet” Hərakatına bağlı təhsil qurumları
fəaliyyətini davam etdirir
“Hizmet” Hərakatına bağlı təhsil qurumları
fəaliyyətini davam etdirir

 

Türkiyədəki
“Hizmet” Hərəkatına bağlı Azərbaycandakı təhsil qurumlarının fəaliyyətində
dəyişiklik yaşanmır.  Azərbaycanda bu
sistemə bir universitet (Qafqaz universiteti), 11 məktəb (litsey) və 13
hazırlıq kursu daxilidir.  Keçən il
dekabrın 17-də keçirilən “korrupsiya və rüşvət əməliyyatı”ndan sonra Türkiyədə
rəsmi Ankara ilə “Hizmet” Hərəkatı arasında yaranan qarşıdurma davam edir. Bu
qarşıdurma “Hizmet” Hərəkatına bağlı şəxs və qurumlara basqın, onların
fəaliyyətlərini dayandırmağa məcbur edilməsi, vəzifələrindən kənarlaşdırılması
ilə müşaiət olunur.

Türkiyədə
bu qarşıdurma yarananda bununla bağlı Azərbaycanda həyəcan yaşandı. “Hizmet”
Hərəkatına bağlı təhsil qurumları Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində
yaradılan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə (ABTM) tabe edildi. Bundan
əlavə, qeyri-rəsmi olaraq PA-nın şöbə müdiri Elnur Aslanovun vəzifəsindən azad
edilməsinin məhz “nurçu”luqla bağlı olduğu deyildi.

Ölkə
mətbuatında bu mövzu geniş hallandırılmağa başladı. Amma bunu da qeyd etmək
lazımdır ki, Hərəkata münasibət birmənalı deyil. Hərəkata bağlı təhsil
qurumlarını bağlamağın tərəfdarları kimi, əleyhdarları da çoxdur. Belə ki,
Hərəkata bağlı hazırlıq kurslarının yüksək səviyyədə biliyi aşılama üsulları,
bunların ali məktəblərə qəbul imtahanlarında real müsbət nəticə verməsi bu
kursların qapadılması əleyhdarlarının əsas arqumentidir. Bu hərəkatın əleyhdarları
isə göstərdiyi nəticələrdən asılı olmayaraq, bu qurumların gəncləri yad
“ideologiyalara” bağladığını əsas əsas gətirirlər.

Bu
məsələ, hələ ki, açıq qalır. Yəni Türkiyə baş naziri Erdoğanın bu günlərdəki
Bakı səfərinin əsas məsələsinin Azərbaycanda Hərəkata bağlı təhsil qurumlarının
bağlanması olduğu israrla diqqətə çatdırılır. Hər halda, istər Azərbaycan,
istərsə də Türkiyə mətbuatı bu səfəri ictimaiyyətə elə təqdim etmək səyləri
göstərdilər.

Türkiyədə
bu hazırlıq kursları (Türkiyədə bu kurslara “dershane” deyilir) Təhsil
Nazirliyinə tabe edildi. Türkiyədə 3800 belə hazırlıq kursu vardı. Bu kurslar
Hərəkata bağlı ikən təhsil pullu idi. Amma rəsmi Ankara onları Təhsil
Nazirliynə tabe etdikdə burada təhsilin pulsuz, dövlət hesabına olduğunu bəyan
etdi.

Digər
tərəfdən “Hizmet” Hərəkatının rəhbəri, ABŞ-da yaşayan ünlü din xadimi Fetullah
Gülen qapadılan 3800 kursdan cəmi 800-nün Hərəkata bağlı olduğunu bəyan etdi.
Qalan kursların ayrı-ayrı vətəndaşlara aid olduğu açıqlaması verdi. Bununla
belə, rəsmi Ankara bu kursları Təhsil Nazirliyinə tabe etdirməkdən vaz keçmədi.
Azərbaycanda isə bu mövzuda qeyri-müəyyənlik yaşanır. Yəni, bu kurs və
məktəblərin gələcək taleyinə aydınlıq gəlməyib. Qeyri-rəsmi olaraq rəsmi Bakı
bu kurs və məktəbləri qapatmaq fikrində deyil. Çünki, bu təhsil qurumları
nəticələr baxımından ölkə təhsilində önməli yer tuturlar. Odur ki, onların
qapadılması heç də rəsmi Bakının ürəyincə deyil. Digər tərəfdən, bu təhsil
qurumları qapadılmadığı halda hər iki dövlət rəhbərliyi arasında soyuqluq yarana
bilər. Hələlik rəsmi Bakı bu məsələdə belə dualizm yaşayır.

Qeyri-rəsmi
olaraq bu məktəb və hazırlıq kurslarına getməmək barədə şagird və valideynlərə
tövsiyələr verilir. Beləliklə, bu təhsil qurumlarının taleyinin necə olacağı,
hələ ki, sual altındadır. Bu tövsiyələrin hansısa rəsmi qurumların iradəsi
olması, yoxsa hansısa konyuktura və kommersiya maraqlarından yaranması da
hələlik aydın deyil. Amma bir sıra şəxslər artıq belə göstərişlərin verilməsinə
başlandığını iddia edirlər.

Azərbaycanda
Hərəkata bağlı qurumlardan alınan bilgilərə görə isə, hələ ki, məktəblərə,
kurslara qəbulun dayandırılması haqda onlara rəsmi və ya qeyri-rəsmi hər-hansı
göstəriş və ya təzyiq olmayıb. Əlavə ediblər ki, belə davranışı heç ehtimal
belə etmirlər. Bilgi verən mənbə bu məktəb, hazırlıq kursları və ali
məktəblərin Azərbaycan təhisl sitemində önəmli yer tutmasına və yüksək təhsil
nəticələri göstərməsinə əsaslanır. Bu il aprelin 27-də bu məktəblərə qəbul  imtahanlarının başlanacağı vurğulanıb. Həm də
ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin, tabeçiliyində olduqları Azərbaycan
Beyənlxalq Təhsil Mərkəzinin bu məktəb, kurs və ali məktəblərə göstərdiyi
təhsil nəticələrinə görə arxa olduqları nəzərə çatdırılıb.

İndiki
iqtidarın hakimiyyətə gəldiyi 2003-cü ildən 2013-cü il dekabrın 17-də keçirilən
“korrupsiya və rüşvət əməliyyatı”na qədər iqtidarla Hərəkat arasında hər-hansı
sıxıntı yaşanmayıb. Hətta F.Güenin Türkiyəyə qayıda bilməsi üçün onun barəsində
qaldırlan cinayət işi ləğv edilib, qayıtmasına yasaq olan bütün maneələr aradan
qaldırılıb. Amma F.Gülen Türkiyəyə qayıtmaqdan imtina edib.

Amma 2013-cü il dekabrın 17-də
keçirilən əməliyyat zamanı 4 nazir və oğlanları, xeyli tanınan iş adamı, bank
məmurları, hətta Erdoğan özü və ailə üzvləri korrupsiya və rüşvətdə ittiham
olunublar. Bundan sonra tərəflər arasında qarşıdurma başlayıb. Belə ki, Erdoğan
bütün bu əməliyyatın arxasında  “Hizmet”
Hərəkatı və onun rəhbərinin durduğunu iddia edib. Hətta Hərəkata “paralel
dövlət” damğası vurub. Bundan sonra rəsmi Ankara ölkənin hüquq-mühafizə orqanlarında
kütləvi yerdəyişmələrə, işdən çıxarılmalara rəvac verib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5968

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031