Rəsmi Bakı təşviş içində

12.04.2014 - 23:05

Hakimiyyət regionda baş verən
proseslərdən ciddi şəkildə narahatdır: ikili mövqeyə görə cəzalanacağından
qorxur

 

Azərbaycan BMT-də səsvermə zamanı Ukraynanın ərazi bütövlüyünü
dəstəkləsə də, iqtidar təmsilçilərinin bu addımının fonunda verdiyi bəyanatlar da
maraq doğurur. Bəzi ekspertlərin fikrincə, əslində hakimiyyət təmsilçilərinin
rəsmi mövqeyə zidd açıqlamalar verməsi iqtidarın gerçək siyasətinin mahiyyətini
əks etdirir. Çünki bəzi hallarda hakimiyyət çatdırmaq istədiyi fikri özünə
yaxın şəxslərin dilindən səsləndirir. Bu dəfə də eyni mənzərə ortaya çıxıb. Bu
günlərdə YAP İdarə Heyətinin üzvü, Azərbaycandakı Rus İcmasının rəhbəri Mixail
Zabelin Rusiyanın Krımı işğalına haqq qazandırıb. Eyni mövqedən daha sonra
hakimiyyət təmsilçiləri Eldar İbrahimov, Putinin yaxın dostu İlham Rəhimov da
çıxış edib. Bu baxımdan rəsmi Bakının sərgilədyi jest maraq doğurur.
Azərbaycanın Rusiyaya qarşı bu cür reveransları nə məqsəd daşıyır? Hakimiyyətin
bu ikili mövqeyini necə izah etmək olar?

Hakimiyyətin Ukraynada baş verən hadisələrdə Qərbin mövqeyindən çıxış
etməsi, Avropanın enerji təminatında Rusiyaya alternativ kimi rol alması,
Əfqanıstana çıxarılacaq yüklərin Azərbaycan üzərindən daşınmasına imkan verməsi
olduqca önəmli məsələdir. Azərbaycanın Qərb blokunda yer almasının ilk baxışdan
ölkəmizin öz seçimi kimi görünür, əslində həqiqət başqa cürdür. Azərbaycanın
Ukrayna proseslərində Qərbin mövqeyindən çıxış etməsi daha çox hakimiyyətin
Qərbin təzyiqlərindən ehtiyatlanmasıyla bağlıdır. Çünki İlham Əliyev
hakimiyyəti uzun illər ərzində korrupsiya sayəsində əldə etdiyi vəsait bu gün
Qərbdə dövriyyədədir. Bu məqam məcbur edir ki, hakimiyyət Qərbin strateji
proyektlərində yer alsın. Azərbaycanın enerji sektoru da Qərb bazarı ilə
bağlıdır. Ona görə də bu bir növ məcburi seçilmiş mövqedir.

İ.Əliyevin bu gün regionda baş verən proseslərdən ciddi şəkildə
narahatdır və Azərbaycan sərgilədiyi mövqeyə görə Rusiya tərəfindən
cəzalanacağından qorxur. 2013-cü ilin prezident seçkiləri zamanı Rusiyada
“milyarderlər ittifaqı”nın yaranmasından hakimiyyətin ciddi təşviş keçirir.
İndi isə iqtidar Ukrayna böhranı səngiyəndən sonra Rusiyanın aqressiyasının
hədəfi olacağından narahatdır. Azərbaycan hakimiyyəti MDB-yə daxil olan
ölkələrin  Silahlı Qüvvələrinin Qərargah
rəislərinin Bakıda toplantısını keçirməklə, XİN rəhbərlərinin Moskvadakı
görüşünə qatılmaqla bir növ Rusiyanın könlünü almağa çalışır. Paralel olaraq da
nəbz yoxlanması məqsədilə parlament deputatları səviyyəsində Rusiyaya
ünvanlanan açıqlamalar verilir. Amma düşünmürəm ki, bu açıqlamalar məsələni
hakimiyyətin xeyrinə həll edə biləcək. Bu reveranslar indiki halda Rusiyanı
qane edə bilməz. Belə görünür ki, Krım böhranından sonra Rusiya Azərbaycandan
hesab sormağa başlayacaqdır.

Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin doğurduğu
perspektivlərə gəlincə, Azərbaycan bir tərəfdən Rusiyanın hədəfinə çevrilir.
Digər bir tərəfdən isə hakimiyyət Rusiya ilə münasibətləri korladıqca Qərbdən
demokratiya ilə bağlı gələn tələblərə müqavimət imkanlarını məhdudlaşdırmış
olacaq. Rusiya ilə aqressiv münasibət artıq Qərbdən gələn təzyiqləri Kremlin
vasitəsilə dəf etməyə imkan verməyəcək. Bu baxımdan bir müddət sonra zahiri
balans siyasəti hakimiyyət üçün bumeranq effekti yaradacaq.

Bir məqamı da nəzərə almaq lazımdır ki, Rusiya ilə münasibətlər
reveranslar hesabına sabit saxlanılmır. Rusiyanın başı hazırda Krıma
qarışdığına görə, Kreml Azərbaycanla bağlı sərt mövqe sərgiləmir. Amma
gələcəkdə Azərbaycanın nümayiş etdirdiyi mövqe fayda verməyəcək.

 

Çingiz

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5969

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930