Qazaxda şəhid ruhu təhqir olunur

12.04.2014 - 23:22

İcra başçısı və bələdiyyə sədri isə buna göz yumur

İcra başçısı və bələdiyyə sədri isə buna göz yumur

 

 

Azərbaycanın müstəqilliyi və
azadlığı uğrunda vuruşub əlil və şikəst olan insanlar çox olmuşdur. Tək
keçmişdə yox, dövrümüzdə də belə insanlar olub və var. Belə insanlardan biri də
“N”  saylı hərbi hissəyə
komandir təyin edilən Qazax rayonunun Bağanis Ayrım, Quşçu
Ayrım kəndlərinin müdafiəsində iştirak etmiş, düşmənin xeyli canlı
qüvvəsini və zirehli texnikasını məhv etmiş, 1992-ci il 13  apreldə Quşçu Ayrım kəndi ətrafında
gedən döyüşlərdə qəhrəmancasına həlak olan Firudin İsa oğlu Şamoyevdir.
Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli
833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Qazax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Qazax şəhərindəki məktəblərdən biri qəhrəmanımızın adını daşıyır. Bundan başqa
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Qazax filialının kollektivi öz
adından şəhid ruhuna hörmət olaraq bulaq çəkdirmişdir. Həmin bulaq hal-hazırda
baxımsızlıq ucbatından pis vəziyyətdədir. Bu barədə redaksiyamıza keçmiş
döyüşçü veteran zabit Cahangir Namazov məlumat verib. Cahangir Namazovun
sözlərinə görə şəhid Milli Qəhrəmanın adına olan xatirə bulağının arxasından
keçən arx zibil içindədir. Abidənin arxa hissəsinə hansısa namərd insanlar
ayaqyoluna çevirib. Bu abidə bulaq Qazax şəhər bələdiyyəsinin nəzdindədir. Bu
barədə Qazax şəhər bələdiyyə sədri Oqtay Hüseyinova deyilsə də indiyə qədər heç
bir tədbir görülmür.

Şikayətçi ilə hadisəyerində olduq.
Deyilənlər doğru idi. Yerimdə donub qaldım. Axı şəhidlər müqəddəsdir. Qazax
şəhərbələdiyyəsi, onunsədri Oktay Hüseyinov bəlkə doğrudan da kar və kordur.
Əgər o kar və kordursa, bəs Qazax şəhər İcra hakimiyyətinin başçısı Ayaz
Əsgərov necə? İstirahat kabinetdə otur rüşvət yığmaq olar, şəhid ruhuna hörmət
etmək olmaz?
Qarşıdan bələdiyyə seçkiləri gəlir, öz namizədliyini yenidən versə görəsən
utanmazmı? Əgər utanmazsa heç olmazsa şəhid ruhundan qorxsun. AXI ŞƏHİD RUHU
ONU BAДћIŞLAMAZ….

Ülvi Dağkəsəmənli…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5970

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031