Biləsuvar gömrüyündən görünən həqiqətlər

12.04.2014 - 23:41

İranla sərhəddə dumanlı və məşəqqətli yollarİranla sərhəddə dumanlı və məşəqqətli yollar

 

 

1989-cu ildə
Biləsuvar rayonunda xalq hərəkatı iştirakçılarından 7 nəfərin imzası ilə
Biləsuvar rayonu vı İran İslam Respublikası arasında sərhəd gömrük keçid
məntəqəsinin açılması ilə əlaqədar Sovet hökumətinə yazılı müraciət olundu.
Bunun ardınca SSRİ və İran arasında olan sərhəddin tikanlı məftilləri Sovet
sərhədçilərinin göstərişi əsasında biləsuvarlılar tərəfindən söküldü. Nəhayət,
gömrük keçid məntəqəsi açıldı. YAP-çılar gömrüyü özününküləşdirdilər və gömrük
xalqın əlindən çıxdı. 1994-cü ildə Biləsuvar rayonu və İran arasında yeni
müştərək ticarət bazası açıldı. İş adamları müştərək bazardan keyfiyyətli ərzaq
məhsullarını ucuz qiymətə alıb rayon bazarına gətirirdilər. YAP
monopolistlərinin baha qiymətə satdıqları keyfiyyətsiz ərzaq məhsullarından 4-5
dəfə ucuz və sərfəli qiymətə əhaliyə satırdılar.Bu ucuzluğu görən YAP
monopoliyası, Biləsuvarlıları ehtiyac içində yaşatmaq üçün 1997-ci ildə
müştərək ticarət bazarını bağladı. Hökumət xalqı səmtirrədə-səmtirrədə
yeritdiyi səfil həyatı yaratdığı halda təsəvvür edin ki, YAP-ın “müqəddəs
bayramları”na ilin 366 günü bəs etmir.

YAP-çılar 23
il danışdıqları gözəl rəvayətlərini sevə-sevə təkrarlayaraq deyirlər ki,
Azərbaycana müstəqilliyi (olmayan azadlığı)YAP gətirib. Artıq YAP-a heç bir
etimad, inam vəümüd yoxdur. Bu ölkədə səhiyyənin olmaması, dərmanların
keyfiyyətsiz və həddindən artıq bahalılığı ucbatından xəstəni götürüb İrana
aparmaq üçün gömrüyə gəlirsən, sərhədin qarşısında iki mindən çox xəstə və
çörək ardınca İrana gedən insan izdihamı görürsən. Qarşılarında isə yüksək
əhval-ruhiyyəli, döyüş bölgəsinin nə olduğunu bilməyən,lakin sadə adamlara
qarşı hərəkətləri ilə özünü qəhrəman, cəngavər kimi göstərən , Qarabağı
işğaldan azad etmiş kimi qürrələnən sərhəd xidmətinin hərbçiləri dayanır.
Hərbçilər YAP-çıları, öz yaxınlarını, Fırıldaqçıları, alverçiləri səhər tezdən
növbədənkənar gömrüyə buraxırlar. Qalır kimsəsizlər. Belində gəzdirdiyin ağır
xəstəni isə yalvarıb-yaxarsan belə rəhm edib növbədənkənar buraxmırlar.
Sərhəddi keçəndə isə xəstələrə və qocalara heç bir köməklik göstərilmir,
ümumiyyətlə vətəndaşlara adi hörmət duyğusu olmur. Biləsuvar gömrüyünü keçib
(çox çətinliklə də olsa) daxil olursan İran sərhəd məntəqəsinə.İranlılar ədəb
qaydaları ilə xəstəni oturdur əlil arabasına növbədənkənar gömrükdən keçirirlər.

Biləsuvar
gömrüyündə iki keçid yeri var. Birincidən xüsusi imtiyazlı şəxslər keçir,
ikinci keçiddən isə sosial vəziyyəti ağır olan çoxsaylı Azərbaycan
vətəndaşları. Daxil olursan ikinci keçidin yoxlama kamerasına. İnsafsızlıq üzrə
təcrübəli mütəxəssis gömrük mayoru Namiq Nuruyev kimilər və mülki geyimdə olan
monopolistlər gömrükdən keçən vətəndaşlarla, ağır xəstələrlə, qocalarla yüksək
səviyyədə xoşagəlməz rəftar edirlər. Əl çantalarını əllərindən alır, az
miqdarda olan əşyalarını , ərzaqlarını, dərmanlarınıyerə tökürlər, sonra da
vermirlər.Səbəbini soruşanda hədə-qorxu gəlirlər və otaqdan qovurlar. Etdikləri
hərəkətlərindən zövq alırlar. Gömrükxanada 15-17 nəfər monopolist fəaliyyət
göstərir və hökmdarlıq edir.Özlərini isə YAP-ın nümayəndəsi kimi təqdim
edirlər. YAP-ın inteqrasiya arzusunda olduğu Avropa ölkələrində monopolist
cinayətkar sayılddığı halda, Azərbaycanda monopolist şərəfli və yüksək vəzifə
adlanır. Zəngin yaşayan gömrükçülərin 50-100 minlik maşınları var ki, mənim
yaşadığım evdən böyükdür, evləri isə göydələnlərə bənzəyir. Bu var-dövləti əmək
haqqı ilə toplamaq qeyri-mümkündür.Yalnız bir yol var: Xalqı talamaq, neft
məhsulları,silah və narkotika satmaq!

 

Sabir Hətəmov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5971

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930