İmişlidə məmur hegemonluğu

13.04.2014 - 01:45

Əhməd
Əhmədzadənin adamı necə oliqarxa çevrilir?

 

Meliorasiya və Su Təsərrüfatı
ASC-nin İmişlidəki Su Sistemləri (su kanalı- red.)  idarəsinin rəisi, Allah evini ziyarət etmiş
Hacı Mütəllim Bədirov və “platina” rəisi M. Mirişovun ağılasığmaz mal-qara
sərvətləri var.  M. Mirişov “platina”- ya
rəis təyin edilməzdən əvvəl həyətində  1
litrlik şüşə qablarda benzin və ağ neft satan idi. Amma indi hər ikisi
xarici  avtomobilləri internetdən seçib,
istehsal olunan ölkədən gətizdirirlər. M. Mirişov şəhərin mərkəzində böyük  bazar yeri açıb. Bazarkom Əzizin qorxusundan
bazara çevirə bilmir. Avtomobil parkına çevirib.

“Platina”-nın keçmiş rəisi
Ə. Həsənov hər iki şəxsin fermalarının fotolarını çəkib gətirmişdi. Təəssüf ilə
deyirdi ki, mən bu qədər var- dövlət yığa bilməzdim. M. Mirişov tikinti
kralları ilə də şərikdir-dedi Ə. Həsənov. Hacı Mütəllim isə, şəhər mərkəzindəki
kanalın üstündə və kənarında 1 metr belə yer qoymayıb. Hətta, M. Mirişovun
şəriki, Fuad adlı şəxsin kanalın 1 metrliyində, uzunluğu 100 metr kanal boyu
market-mağazalar şəbəkələri tikdirirlər. Bəs görəsən səkidə yer qoymadıqlarını
fikirləşiblərmi? Bəs vətəndaşlar hara ilə gedib-gələcəklər, abi? 

10 gün əvvəl İmişli RİH
qarşısında Bəcirəvan kəndindən bir cavan oğlan başçı müavini Səlim Məhərrəmova
hiddətlə: “Əkinim quruyur, Hacının kənd üzrə suyunun sahibi əkinimi suvarmağa
icazə vermir. İntihar edəcəyəm”-deyə kövrəlib qışqırırdı.  S. Məhərrəmov zəng edib, Hacının işçisini
hədələdi. O isə, “suyun aşağısında durub, suyumu bulandırır, mühərrikə müdaxilə
edir” – dedi. Allah sənə rəhmət eləsin, ay Krilov! “Qurd və quzu” şerinə görə.
Səlim müəllimin yerinə olsa idim, Hacının işçisini işdən qovardım. Yenə də,
Səlim  abini sağ olsun. Ürək eləyib,
generalın yox, kasıbın qayğısına qalır. İdarə edənlərə prezidentin münasibəti
dəyişsə də, yerlərdə məmurlar hələ də canavardırlar. İmişli RİH başçısı V.
Hacıyevin 3 kadrına görə müavinlər  S.
Məhərrəmov, Yeganə xanım  şəhər  nümayəndəsi Məmi müəllimə görə onu təqdir
etmək olar. Bu 3 şəxsin dünya malında gözləri yoxdur.  Dünyagir deyillər. Əgər bu 3 şəxsi tənqid
etsəm, imişlilər adamı fitə basar, topa tutarlar. Mənim bir dostum isə deyir
ki, nə əcəb yer üzündə Məmi kimi insanlar var. Dünya yaxşılardan xali deyil –
dedi. Həmin vəzifə Məmi müəllim üçün çox balacadır. Camaat belə deyir. ƏƏSMN
naziri S. Müslümov bir-neçə rəisdən sonra İmişli şöbəsinə 29 yaşlı cavan  naxçıvanlı A. Əliyevi göndərib. Bu cavan
oqlan isə, 305 nəfərin evinə məktub göndərib ki, aldığınız sosial yardım sizə
“polojnu” döyül, geri qaytarın.”  Yardım
alanların çoxu isə ac-yalavaclardır. Aca, dilənçiyə yardımmı düşür?  S. Müslümov 34 saylı TSEK-ə Cavid adlı bir
həkimi rəis göndərib. Camaat buna görə Səlim abiyə alqış edirlər ki, bəs belə
bir həkim göndərmisən.

İmişli rayonun keçmiş icra
başçısı Əbülfəz Ağayev Sabirabad rayonunda 1 il başçı işləyə bilməmişdi.
Ağsaqqallar ona yığışıb, yerini göstərmişdilər. 
O da, maya qoyub, İmişliyə dəyişilmişdi. 
Düz 8 il İmişlidə işlədi. Allah ondan nə qədər narazı idi ki, indi onu  öz bacısı oğlu Natiq Muradov onu ifşa və
xəcil edir. Natiq bildirir ki, İmişlidəki Şəhidlər Xiyabanını 120 min manat
xərc qoyub təmir etdirən nüfuzlu bir kişi 
dayıma yerini göstərmişdi. Natiqin deməyinə görə, dayısının yuxa
yerindən bir təpik də ilişdiribmiş. Polis rəisi dayımı onun əlindən güclə aldı.
İndi həmin nüfuzlu şəxs deyir ki, İmişlidə çaqqalların sayı artıb.

 

Məhbub Zülfüqarlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30