Şeyxin şimal bölgəsinə səfərinin pərdəarxası

13.04.2014 - 09:53

Şeyxin şimal bölgəsinə səfərinin pərdəarxası

Hakimiyyət dini ekstremizmdən ciddi narahatdır
Qafqaz Müsəlmanları Idarəsinin (QMI) sədri, şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın şimal bölgələrinə səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, Allahşükür Paşazadə bildirib ki, səfərinin əsas məqsədi buradakı dini vəziyyəti öyrənməklə bağlıdır. Şeyx söyləyib ki, QMI burada yaşayan əhalinin və dindarların dini durumlarını öyrənib nəticə çıxaracaq və ehtiyac olduğu təqdirdə insanlara bütün köməkliklər göstəriləcək. Şeyx həmçinin din-dövlət münasibətlərindən danışıb.
“Dövlətçiliyimizə zidd olan radikal dini meyllərin zərərsizləşdirilməsində hamının birgə olmağı vacibdir. Din-dövlət məsələlərində xüsusən radikallara qarşı hamı bir olmalıdır”, – deyə o, bildirib.
Qeyd edək ki, Şeyxin şimal bölgəsinə səfəri Şimali Qafqaza səfərindən az sonraya təsadüf edir. Maraqlıdır ki, Allahşükür Paşazadə Şimali Qafqaza səfər etməmişdən öncə də Azərbaycanın şimal rayonlarına getmişdi. Ekspertlər bildirir ki, Şeyxin şimal bölgəsinə belə intensiv səfər etməsi və bunun Şimali Qafqaza səfərdən öncəyə və sonraya təsadüf etməsi səbəbsiz deyil. Ekspertlərin sözlərinə görə, bu Azərbaycan hakimiyyətindən şimal bölgəsindən narahatlığından irəli gəlir. “Radikal dini qruplar əsasən şimal bölgəsində çoxluq təşkil edir. Onların Şimali Qafqazdakı dini ektremistlərlə də ciddi əlaqələri var. Bu baxımdan hakimiyyət təhlükəni sovuşdurmaq üçün Şeyxin nüfuzundan istifadə etməyə qərara gəlib. Şeyxin Şimali Qafqazda kifayət qədər nüfuzu var. Allahşükür Paşazadənin Şimali Qafqaza səfərlərində əsas məqsəd də oranın rəhbərliyi ilə dini ekstremistlərə qarşı mübarizədə Azərbaycanın həmrəyliyini ifadə etməkdir. Yəni, görüşlərdə müzakirə olunan əsas məsələ məhz budur. Onun Şimali Qafqaza səfərindən sonra Azərbaycanın şimal bölgələrinə getməsi də bütün bunlarla əlaqələdir”, – deyə ekspertlər bildirir.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=5979

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728