Gülənin məktəbləri Heydər Əliyevin xeyir-duası ilə açılıb?

13.04.2014 - 10:03

Gülənin məktəbləri Heydər Əliyevin xeyir-duası ilə açılıb?

“Çağ Öyrətim Işlətmələri”nin rəhbəri Ənvər Özərənin sözçüsündən ilginc iddia
“Çağ Öyrətim Işlətmələri”nin rəhbəri Ənvər Özərən nurçuların lideri Fətullah Gülənə onun tərəfindən yazıldığı iddia edilən məktubu təkzib edib. Xatırladaq ki, Ərdoğanın səfərindən sonra Ənvər Özərənin Gülənə məktub yazdığı barədə  məlumat yayılmışdı. Ənvər Özərənin yazdığı iddia edilən məktubun mətni də dərc olunmuşdu.
Məktubda Özərən Güləndən dəstək istəyir. Azərbaycanda vəziyyətlərinin yaxşı olmadığını deyir. Azərbaycan hakimiyyətinin başının qatmaq üçün erməniləri Qarabağda hərbi əməliyyatlara təhrik edilməsinin vacibliyini vurğulayır. Eyni zamanda Bakıda da qan tökməyə hazır olduqlarını bildirir. 
Ənvər Özərənin sözçüsü Emil Qurbanov bu məlumatlarla bağlı vətəninfo.az-a cavab məktubu göndərib. Məktubda bildirilir ki, yayımlanan xəbər və xəbərə əlavə olaraq təqdim edilən məktub saxtadır, cəfəngiyatdır, içərisində yazılan bütün məsələlər həqiqətdən uzaqdır və böhtandır. “Bu 3-4 aydır başladılan qaralama kampaniyasının növbəti məhsuludur. Bütün ictimaiyyətin nəzərinə çatdırırıq ki, iddia edilən məsələlər olmayıb və orada qeyd edilənlər ciddi psixiatrik problemləri olan şəxslərin təxəyyülünün təzahürüdür… 
…Azərbaycan cəngəllik ölkəsi deyil ki, kimlərinsə sifarişi əsasında qanuni əsaslarla fəaliyyət göstərən və təhsilə xidmət edən müəssisələri bağlasın. Bu müəssisələr Ümummilli lider Heydər Əliyevin xeyir duası ilə açılıb və hər zaman da Azərbaycan xalqının və dövlətinin dəstəyini yaxından görmüşdür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728