Elmar Vəliyevin qardaşının tikdiyi keçid uçur

13.04.2014 - 10:18

Elmar Vəliyevin qardaşının tikdiyi keçid uçur

“Azneft” dairəsindəki piyada keçidində qəzalı vəziyyət yaranıb; dövlət büdcəsindən ayrılan milyonlar hesabına inşa edilən əksər keçid və tunellər istifadəyə verildikdən az sonra yararsız hala düşüb
2001-ci ilin dekabrında Bakıda “Azneft” dairəsi yaxınlığında açılan yeraltı piyada keçidi uçmaq təhlükəsinə ilə üzləşib. “Yeni Müsavat”ın məlumatına görə, yeraltı keçidin divarlarında və yerə döşənən mərmər piltələrin çoxunda dərin çatlar meydana gəlib. Artıq bir neçə gündür ki, yeraltı keçidin bir hissəsi gediş-gəlişə bağlanaraq təmir işlərinə başlanılıb. Keçidi təmir edən fəhlələr əməkdaşımızla söhbət zamanı bildiriblər ki, mərmər piltələrin bəzilərində çatlar meydana gəldiyindən onlar yeniləri ilə əvəzlənir.
Qeyd edək ki, yeraltı tunelin tikintisini Nəqliyyat Nazirliyinin sifarişi ilə “Dəvəli” MMC tikib. O vaxt tikilən yeraltı keçidin açılışında nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verərək bildirmişdi ki, keçidin inşasında istifadə olunan materiallar zərbəyə davamlı və uzunömürlüdür.
“Dəvəli” MMC-nin istehsalı olan bu tikinti materialları Bakının bir çox yerində inşa olunan tunel və piyada keçidlərində istifadə olunub.
Məlumat üçün bildirək ki, Bakıda fəaliyyət göstərən “Dəvəli” MMC-nin sahibi Şahmar Vəliyev Gəncənin icra başçısı Elmar Vəliyevin qardaşıdır. Ancaq iki qardaş arasında münasibətlər son illər heç də yaxşı deyil.
Buna səbəb isə Elmar Vəliyevin Gəncədə görülən abadlıq-quruculuq işlərində “Dəvəli” MMC-nin xidmətindən yararlanıb, qardaşının pulunu verməməsi olub. O vaxt “Yeni Müsavat” bu barədə məlumat vermişdi. Həmin məlumatda deyilirdi ki, Gəncəyə rəhbər təyin olunandan sonra böyük söküntü işlərinə start verən E.Vəliyev qardaşı Şahmar Vəliyevin sahibi olduğu “Dəvəli” MMC-ni bu işə cəlb edib. 
Metlax, mərmər, daş üzlüklərin hazırlanması, satışı ilə məşğul olan “Dəvəli” MMC Gəncədə bir sıra işlər həyata keçirib. Firmanın gördüyü işlər E.Vəliyevin “nisyə dəftəri”nə yazılıb. Aylar keçsə də Şahmar Vəliyevə olan borclar ödənməyib. Bu isə iki qardaş arasında narazılığa gətirib çıxarıb. İcra başçısının qardaşına olan borcu 2 milyon manata çatıb.
Xatırladaq ki, son illər paytaxtımızda tikilən yeraltı keçid və tunellərin əksəriyyətində istifadəyə verildikdən sonra ciddi problemlər yaranıb. Bu keçid və tunellərin sifarişçisi dövlətdir. Tikintiyə ayrılan pullar da dövlət büdcəsindən yönəldilir. Belə çıxır ki, inşasına büdcədən milyonlar ayrılan bu keçidləri başdansovdu tikirlər, əsas məqsəd dövlətin milyonlarını talamaqdır…(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=5985

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728