Daha bir Qarabağ əlilini intihar həddinə çatdırıblar

13.04.2014 - 10:29

“Daxili orqanlarımı satmağa qərar vermişəm”

 
Bolgexeber.com-un elektron poçtuna Cəlilabad rayon, H.Aslanov küçəsi,
ev-26-da yaşayan Cəfərov Nadir Tomarxan oğlu tərəfindən şikayət məktubu
daxil olmuşdur. Rabitəbankla problem yaşamasından bəhs edən məktubu
olduğu kimi təqdim edirik: “Bolgexeber.com internet saytının Baş
redaktoru Vasif Turana, Cəlilabad rayon, H.Aslanov küçəsi, ev-26-da
yaşayan Cəfərov Nadir Tomarxan oğlu tərəfindən MÜRACİƏT Yazıb sizə
bildirirəm ki, mən 2010- cu ildən kommersiya faliyyətimi genişləndirmək
məqsədi ilə, Azərittifaqın Cəlilabad rayon şöbəsinin nəzdində olan
istifadəyə yararsız olan obyektini, şöbənin sədri Urşan Rəhimov
tərəfindən razılaşma yolu ilə müqavilə əsasında aldım.2010-cu ilin may
ayından Lənkəran rayon Rabitəbankın filialından 100 min manat məbləğində
pul götürmək üçün sahibkarlıq inkişafını artırmaq məqsədi ilə müraciət
etdim. Bankdan mənə 65 min manat pulu verildi. Qalan hissəsini 35 mini
manat pulu isə 3 ay müddətindən verəcəklərinə söz verdilər. Mən müqavilə
ilə aldığım iki mərtəbəli 700 kvmetr ərazini əhatə edən obyektin
təmirinə 50 min manat pul xərclədim. Faliyyətimdən 3 il sonra həmin
ərazi səhər tezdən işə gələndə gördüm ki, mənə xəbərdarlıq edilmədən
mebel evi və məişət əşyaları olan obyektin artıq üst tavanı sökülərək
dağılıb. Belə olan halda sahibkarlıq faliyyətim iflasa uğuradı. Kredit
götürdiyim Rabitəbankın Lənkəran filialına obyektimin söküldüyü günə
kimi hər ay vaxtı -vaxtında 2620 manata pul ödəyirdim. Ümümilikdə 8 ay
müddətində 25 min manat pu ödəmişdim. Obyektim dağıldıqdan sonra banka
vaxtı -vaxtında pul ödəyə bilmədim. Belə olan halda öz evimi və
“Mercedes” maşınımı , o cümlədən zinət əşyalarını satmasına baxmayaraq
borcumu ödəyə bilməmişəm . Hal -hazırda qardaşımın , dostumun evlərini
və özümün çörək qazandığım dükanımı da banka girov qoymuşam. Artıq
Rabitəbank tərəfindən obyektlərimə həbs qoyulub. Bankın mütəxəsisləri
tərəfindən obyektlərim və evlərim çox aşağı qiymətlərlə sənədləşdirilib.
Banka mənim tərəfimdən verilən 25 min manat pulu hesablanmadan 106 min
manat məbləği məndən tələb edirlər . Hörmətli redaksiya,nəzərinizə
çatdırım ki mən Qarabağ veteranı Cəfərov Nadir Tomarxan oğlu Bakı şəhər
Rabitə bankın baş ofisində olub rəhbərliklə görüşüb problemlərimi
nəzərlərinə çatdırıb bildirdim ki sizə hər ay 500 manat pul verməyə
imkanım çatmamasını desəm də, bank rəhbərliyi tərəfindən qovuldum və
dedilər ki ,aprel ayının 16-sına kimi obyektləri boşaldım. Hörmətli
redaksiya, mən bu biabırcılıqdan qurtarmaq üçün daxili orqanlarımı
satmağa qərar vermişəm, əgər mənə bank tərəfindən verilən vaxta kimi,
yəni 16 aprel tarixinə qədər orqanlarıma müştəri çıxmazsa o, zaman
məcburam özümü və ailəmi Lənkəran Rabitəbank qarşısında yandırıb intihar
edim”. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5988

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031