Səhiyyə Nazirliyi iş adamının pulunu qaytarmır

13.04.2014 - 10:51

Bu üzdən ağır duruma düşən vətəndaş Ilham Əliyevdən kömək umur

Bu üzdən ağır duruma düşən vətəndaş Ilham Əliyevdən kömək umur
 

“ZÜLÜ” MMC-nin direktoru Ziyafəddin Hacıyev dövlət başçısı Ilham
Əliyevə ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib.
Iş adamı məktubda məmurlar üzündən düşdüyü çətin vəziyyətdən bəhs edir:
“Mən bir iş adamı kimi, ölkəmizin çətin vaxtında – 1992-1996-cı illərdə
təhsil və səhiyyə nazirliklərinin  obyektlərinə kömək məqsədilə, eyni
zamanda, hissə-hissə geri almaq şərtilə yatırım qoydum.

Təhsil Nazirliyi həmin vəsaitləri geri qaytarsa da, Səhiyyə
Nazirliyinin səlahiyyətli şəxsləri vəsait yoxluğunu bəhanə gətirərək,
bugünədək pulumun bir hissəni qaytarmır. 2002-ci ilədək vəsaitin
olmamasını bəhanə gətirsələr də, 2002-ci ildə vəsaitləri olanda mənimlə
korrupsiya sövdələşməsi baş tutmadığı üçün borcu qaytarmaqdan imtina
etdilər. Məhkəməyə müraciət etdim və təqdim etdiyim qanuni sənədlər
əsasında 23 sentyabr 2002-ci ildə 1 saylı Yerli Iqtisad Məhkəməsində
iddiam təmin olundu.

Lakin Səhiyyə və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri
saxta sənəd tərtib edərək, 10 ildir ki, məni məhkəmələrdə sürünməyə
məcbur edirlər. Məhkəmələr qanuni sənədləri kənara qoyub, saxta sənədlər
əsasında qətnamə qəbul ediblər. Məhkəmələrə cinayət və cinayətkarların
olduğunu bildirəndə onlar bunun hüquq-mühafizə orqanlarının işi olduğunu
dedilər.

Mən də Baş Prokurorluq yanında yaradılmış Korrupsiyaya Qarşı Mübarizə
Idarəsinə 28 mart 2013-cü il tarixdə faktları təqdim edib cinayət işi
açılmasını xahiş etdim. Lakin Korrupsiyaya Qarşı Mübarizə Idarəsi bu işi
araşdırmaq istəmir.

Ölkəmiz iqtisadi çətinliklə üzləşdiyi bir vaxtda vətəndaşlıq borcumu
nəzərə alaraq, pulumu dövlət müəssisələrinə yatırdım. Heç bir mükafat və
qarşılıq gözləmədən bu işi etdim. Bircə istəyim yatırdığım vəsaiti geri
almaqdır. Çünki hazırda olduqca pis vəziyyətdəyəm, vəsait yoxluğundan
15 ildir işimizi dayandırmışıq. Öz vəsaitimizi geri ala bilsək, 300-500
vətəndaşımızı işlə təmin edə bilərik.

Cənab prezident! Məni bu ölkənin vətəndaşı hesab edirsinizsə, ədalət
naminə şikayət ərizəmə diqqətlə yanaşın. Ölkənin bir iş adamı kimi
sizdən xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edib Prezident
Administrasiyası səviyyəsində komissiya yaradıb Səhiyyə Nazirliyinin
nümayəndəsi və mənim iştirakımla həqiqətin üzə çıxarılmasına kömək
göstərin. Bu məktubun nəticəsi barədə şikayət etdiyim təşkilatdan deyil,
Prezident Administrasiyası səviyyəsində cavab almaq istərdim”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5996

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031