Ziya Məmmədovun işçilərinin növbəti qoçuluğu

13.04.2014 - 10:53

Nəqliyyat Departamentinin əməkdaşı kimi özlərini təqdim edən həmin şəxslər avtomobili naməlum istiqamətə aparıblar

 

 

Nəqliyyat Nazirliyinin “qoçu” dəstəsinin növbəti qanunazidd
hərəkəti barədə aznews.az-a məlumat daxil olub. Xəbərdə bildirilib ki,
bu gün səhər saatlarında Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində
“Murad” şadlıq evinin qarşısında sürücü ilə Nəqliyyat Departamentinin
əməkdaşlarının arasında xoşagəlməz hadisə baş verib. Hadisənin
təfərrüatı haqda danışan şahidlər bildirib ki, magistral yolla hərəkət
edən 99 BV 970 dövlət nömrə nişanlı “Mercedes-Bens” markalı avtomobil
mülki geyimli şəxslər tərəfindən saxlanıb. Həmin adamlar sürücüdən
onları da hərəkət etdiyi istiqamətə aparmalarını xahiş edib.

Avtomobilə əyləşəndən sonra isə bu şəxslər Nəqliyyat Departamentinin
əməkdaşları olduqlarını deyərək, sürücüdən taksi fəaliyyəti ilə məşğul
olmaq üçün nəzərdə tutulan sənədləri tələb ediblər. Sürücü isə taksi
fəaliyyəti ilə məşğul olmadığını, işlə bağlı “Sədərək” ticarət mərkəzinə
getdiyini söyləsədə, buna məhəl qoyan olmayıb.

Yaranan mübahisə zamanı sürücü döyülüb, əl nahiyyəsinə isə xəsarət
yetirilib. Sonra isə sürücü avtomobilindən bayıra atılıb. Nəqliyyat
Departamentinin əməkdaşı kimi özlərini təqdim edən həmin şəxslər isə
avtomobili naməlum istiqamətə aparıblar.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat
verən sürücü Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə
dəvət edilib.

Şahidlər hadisə yerində kameranın olduğunu da bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5997

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930