Çin Sibirin işğalına hazırlaşır
Putin başa düşür ki, məsələdə rus tankları yox, amerikan diplomatiyası mühüm rola malikdir
Rusiya
prezidenti Vladimir Putin Çinlə məsləhətləşmədən, beynəlxalq əlaqələr
qaydalarını heçə sayaraq Ukraynaya hərbi müdaxilə etməklə ən böyük
strateji səhvini etdi. Moskvanın bu addımı Rusiyanın Çinlə əlaqələrini
qırdı. Çinin bundan sonra Qərbin sanksiyaları qarşısında Rusiyanı
müdafiə edəcəyi inandırıcı deyil.
Hətta Putin Krımın Rusiyaya
ilhaq edilməsi vaxtı dəstək üçün Çinə minnətdarlıq etdi. Sergey Lavrov
da Krım məsələsində Moskvanın mövqeyinin Pekinlə uyğun gəldiyini
bildirdi. Lakin ciddi təhlillər bəyanatların həqiqət olmadığını deyir.
Çin Suriya məsələsində olduğu kimi Krımın gələcək müqəddaratına dair BMT
TŞ-ın səsverməsində yenə də Rusiyanı dəstəkləməyərək bitərəf mövqedə
dayandı. Hətta Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ukraynanın
ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Əlbəttə ki, Si Tsinpinin
Haaqada Barak Obama ilə görüşündə hansı mövzuların müzakirə edildiyi
barədə məlumatlar olmasa da Kremlin planlarından uzaq məsələlərin
müzakirə edildiyini düşünmək olar.
Haaqa görüşündən dərhal sonra ABŞ
prezidentinin müşaviri Ben Rods danışıqlardan razı qaldıqlarını bəyan
etdi. Rods bundan sonra Rusiyanın dəstək ala biləcəyi ölkənin
qalmadığını da diqqətə çatdırdı. Müşavirin iddiaları təsdiq tapsa, bu
heç də Rusiya üçün yaxşı olmayacaq. Artıq Rusiyanın ABŞ-ın iqtisadi
sanksiyalarından yaxa qurtaracağı inandırıcı görünmür. Kremlin Çinlə
“Avrasiya bloku” yaratmaq cəhdləri də boşa çıxdı. Çin fürsət tapan kimi
Rusiyaya zərbə vurmaq istəyirdi. Ukrayna məsələsi göydəndüşmə oldu.
Son
bir neçə ildə Pekin Rusiyanın Orta Asiyadaki neft-qaz yataqları
üzərindəki monopoliyasını zəiflətməyə çalışır. “Qazprom” uzun illərdir
ki, türkmən qazını tamamilə mənimsəyib. Lakin Çin Türkmənistan qazını
özü istiqamətinə axıtmağı bacardı. 2013-cü ildə Prezident Si Tisnpin 26
trilliyonluq “Qalxınış” yatağının 1800 km-lik boru xəttinin açılışında
iştirak edərək, layihənin Pekin üçün nə qədər əhəmiyyətli olduğunu
nümayiş etdirdi. Çində uzun illər diplomat kimi çalışmış Con Valdenə
görə, Pekin heç vaxt ruslara Şərqi Sibirin işğalını bağışlamayacaq.
Rəsmi Pekin Şərqi Sibiri işğal edilmiş Çin ərazisi kimi tanıyır. Planda
həmin ərazilərin geri qaytarılması məsələsi var. Valden bildirir ki,
Çinin Rusiyaya olan nifrətinin mərkəzində Şərqi Sibir faktoru xüsusi yer
tutur. Regionda baş verənlər də Moskvanın əleyhinədir. Son 20 ildə
Şərqi Sibir əhalisi 8 milyondan 6 mln nəfərə enib. Vladivostok-İrkutsk
şossesinin ətrafındakı kənd və qəsəbələrin hamısı tərk edilib.
Digər
tərəfdən xroniki alkoqolizm müqabilində 1.4%-lik artım Rusiya
əhalisinin sayını azaldır. BMT-nin hesabatına görə, 2050-ci ildə Rusiya
əhalisinin sayı 30 milyon azalaraq, 110 mln olacaq. Bununla Rusiya
ərazisi Moskvayadək geriləyə bilər. Pekin müəyyən gedişlərlə əsl
niyyətini Rusiyadan gizlətməyə çalışır. Planların həyata keçirilməsi
üçün Çin hakimiyyətinin ABŞ-ı seçəcəyi istisna deyil. Rusiya artıq
beynəlxalq arenada təklənib. “Qaz dəyənəyi” də Kremlin köməyinə
çatmayacaq.
Rusiya “Hollandiya xəstəliyi”-nə yoluxur
Avropa
da enerji təhlükəsizliyini qarantiyaya almaq üçün Rusiya qazından
imtina etməyə hazırlaşır. Avropa İttifaqının 90 gün ərzində
“Qazprom”-dan imtina etmək üçün hazırlaqlara start verdiyi bildirilir.
Aİ-nin əsas məqsədi rus qazının idxalını 50%-dək endirməkdir. Bu ilin
ilk kvartalında Rusiyadan çıxan xarici sərmayənin miqdarı 70 milyard
dollar olmalıdır. Rusiya Mərkəzi Bankının cəhdlərinə baxmayaraq, rublun
dəyərini qoruya bilməyəcəyini bildirir. Bu isə iqtisadi və maliyyə
böhranını tamamilə dərinləşdirəcək. Ən böyük problem isə son 1 il
ərzində rus şirkətlərinin Qərbin maliyyə təşkilatlarına 155 milyard
dollar kredit borcunun ödəməli olmasıdır. Lakin Rusiya böhrana görə,
borclarını ödəyə bilmir. Putin başa düşür ki, məsələdə rus tankları yox,
amerikan diplomatiyası mühüm rola malikdir. Amerikan siyasətinin
istənilən rus şirkəti üçün verəcəyi mənfi qərar Kreml üçün yaxşı
olmayacaq. Rus şirkətlərinin Avropa bazarından çıxarılması ilə ciddi
maliyyə böhranı ilə üzləşən Kreml Rusiyanın milli təhlükəsizliyini də
təhlükə altına atacaq. Əslində Putinin Krım avantürası üçün seçdiyi vaxt
əlverişli deyildi. Hal-hazırda Avropanın balansında külli miqdarda qaz
ehtiyatı var. Neftin qiymətinin də düşməsi gözlənilir. İraq və Liviya
neft hasilatını artırmağa çalışır. Beynəlxalq Energetika Agentliyinin
məlumatına görə, mart ayında dünyada günlük neft hasilatı 600 min barrel
artıb. Rusiyanın dövlət büdcəsinin stabil saxlanılması üçün 1 barrel
neftin qiyməti 110 dollar olmalıdır. Lakin qiymətlərin yaxın günlərdə
80-85 dollaradək düşəcəyi deyilir. Bu isə Rusiyanın “Hollandiya
xəstəliyi”-nə yoluxmasını labüd edəcək. Çünki Rusiya Krımı işğal edərkən
Çin və ABŞ-la hesablaşmadı.
Çen Quopinin təhlükəli teleqramı
Pekin
artıq həsiri Rusiyanın ayaqları altından öz tərəfinə çəkməyə başlayıb.
Kreml Orta Asiyanın digər ölkələri, həmçinin Çin şirkətlərinin
Qazaxıstandakı fəallıqları Rusiyaya yönəlik təhlükəni qloballaşdırır.
Çinin Qazaxıstandaki səfiri Çen Quopin Pekinə göndərdiyi teleqramda
bildirir ki, ölkəsinin Orta Asiyada Rusiya ilə üzləşəcəyi labüddür.
Lakin Quopin Çinin bu mübarizədə geri çəkilməyəcəyini deyir. Səfir qeyd
edir ki, Çinin regionda həyata keçirəcəyi enerji layihəsi Rusiyanın Orta
Asiyadakı monopoliyasını darmadağın edəcək. Ç.Quopin ABŞ-ın da bölgədə
böyük nüfuza sahib olduğunu diqqətə çatdırıb. ABŞ və NATO-nun Şanxay
Əməkdaşlıq Təşkilatının toplantılarında müşahidəçi qismində iştirakı da
Rusiyanın əleyhinədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6002