Ermənistanda siyasi sığınacaq almış azərbaycanlı Bakıya qayıdır?

13.04.2014 - 13:09

Ermənistanda siyasi sığınacaq almış azərbaycanlı Bakıya qayıdır?

Bu ilin yanvar ayında arvadı və üç kiçik yaşlı uşağı ilə Azərbaycanı tərk edərk, Ermənistansa siyasi sığınacaq almış Cavid Orucov Yerevanda yaşayışın çətin olmağından şikayətlənib
Cavid Orucov bu barədə “BBC Azərbaycanca”nın Yerevandakı müxbiri Aleksey Manvelyana müsahibəsində bildirib.
C.Orucov bildirib ki, hazırda onun ailəsi qaçqınlar yataqxanasında yaşayır və BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyir.
Amma Orucov bu qərarın gecikdiyini və BMT Qaçqınlar Komissarlığının onlarla maraqlanmadığını qeyd edib. Bildirib ki, Yerevanda dolanışıq çox çətindir, ona maddi kömək olunmur və hələlik öz büdcəsinin pulunu xərcləyir. Amma tezliklə şəxsi vəsaiti qurtaracaq və vəziyyət daha da pisləşəcək:
“Ona görə də həyat yoldaşımı və uşaqlarımı təhlükəsizlik baxımından Yerevanda qoyub, özüm Azərbaycana qayıtmaq istəyirəm” deyən Cavid Orucov buna rəğmən azərbaycanlıları “cinayətkar xalq” adlandırmaqdan belə çəkinməyib.
O, üçücü ölkəyə getmək istəyini belə ifadə edib: “Mənim üçün fərqi yoxdur, hara olur, olsun, təhlükəsiz bir yer olsun ki, təki “cinayətkar xalqın” əli çatmasın”.
Cavid Orucov Yerevandakı qaçqın yataqxanasında qonşularının Suriya erməniləri olduğunu bildirib.
C.Orucov və ailəsi bu ilin yanvarında Azərbaycandan Gürcüstana, ordan da Ermənistana  keçib. O, üçüncü dövlətə mühacirət etmək məqsədilə Ermənistanda sığınacaq alıb.
1976-cı il təvəllüdlü Cavid Orucov bu addımını vətənində təqib olunması ilə izah edib. İddia edib ki, erməni əsilli Röya Mirzəyeva ilə ailə qurduğu üçün guya, xüsusi xidmət orqanları ona təzyiq ediblər. Ancaq sonradan Orucovun anasının Azərbaycan KİV-lərinə müsahibələrindən məlum olub ki, oğlu heç də təzyiqlərə görə bu addımı atmayıb.(modern.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6004

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930