Elnur Aslanovun şöbəsi bölüşdürüldü

13.04.2014 - 13:23

Fuad Ələsgərovla Əli Həsənov irəli düşdü

Fuad Ələsgərovla Əli Həsənov irəli düşdü
 

Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinə yeni müdir təyin edilib. Prezidentin rəsmi saytında
bununla bağlı ölkə başçısı Ilham Əliyevin dünən imzaladığı sərəncam dərc
olunub. Bir müddət əvvəl Elnur Aslanovun çıxarılması ilə boşalan şöbə
müdiri vəzifəsinə Səadət Vidadi qızı Yusifova təyin edilib.

Səadət Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün”
qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə
doktorudur. O, BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi,
Azərbaycan Hüquqşünaslari Konfederasiyasinin Idarə Heyətinin üzvüdür.
Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda
fərqlənməyə görə” medalı ilə təltif edilib.  

Səadət Yusifova buna qədər Prezident Administrasiyasının
Hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində
çalışıb. Siyasi təhlil və informasiya təminatı şöbəsinə əvvəllər Elnur
Aslanov rəhbərlik edib. O, bu il martın 17-də Ilham Əliyevin sərəncamı
ilə işdən azad olunub. Bəzi iddialara görə, Elnur Aslanovun işdən
çıxarılması onun nurçularla əlaqəli olması ilə bağlıdır. Lakin bu
iddialara rəğmən Elnur Aslanova Rabitə və Yüksək Texnologiyalar
Nazirliyində şöbə müdiri vəzifəsi verilib. 

Elnur Aslanov işdən çıxarılandan sonra onun Siyasi təhlil və
informasiya təminatı şöbəsinin ictimai-siyasi şöbəyə birləşdiriləcəyi
bildirilirdi. Əslində Siyasi təhlil və informasiya şöbəsinin
ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun səlahiyyətlərinin bir
qisminin ondan qoparılması üçün yaradılmışdı.

Elə bu səbəbdən Elnur Aslanov işdən çıxarılandan sonra Əli Həsənovun
səlahiyyətlərini geri alacağı düşünülürdü. Lakin gözləntilərin əksi baş
verdi.  Əli Həsənovin rəhbərlik etdiyi şöbədə gəclər sektoru yaradıldı
və gənclər təşkilatlarının kurasiyası ona tapşırıldı. Bununla da Əli
Həsənovun könlü alındı. Siyasi təhlil və informasiya şöbəsinə isə Səadət
Yusifovanın təyin edilməsi ilə bu qurum faktiki olaraq hüquq-mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun nəzarətinə verildi.
Beləliklə də Elnur Aslanovun şöbəsi faktiki olaraq Əli Həsənovla Fuad
Ələsgərov arasında bölüşdürüldü.

Short URL: http://www.cumhuriyyet.net/?p=6006

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728