Lütfəli Babayevin müdhiş maxinasiyası

13.04.2014 - 13:35

İcra başçısı Heydər Əliyev Fondunun adından pul yığırİcra başçısı Heydər Əliyev Fondunun adından pul yığır

Məlum
olduğu kimi, Heydər Əliyev Fondu əksər rayonlarda sosial yönümlü bir
sıra layihələr həyata keçirir. Bu sırada əsas yeri orta məktəb uşaq
bağçalarının tikintisi tutur. İndiyə qədər bütün rayonlarda Fondun inşa
etdirdiyi onlarla orta məktəbin fəaliyyət göstərdiyi də dəqiqdir.
Lakin
bəzi rayonlarda icra başçıları heç nədən, hətta, Heydər Əliyev Fondunun
adından sui-istifadə etməkdən də çəkinmir. Məlumatlı mənbə bildirir ki,
bu olay bu yaxınlarda Zərdabda qeydə alınıb. Belə ki, bir müddət əvvəl
Fondun sözügedən rayonda iki uşaq bağçası inşa etdirəcəyi barədə məlumat
yayılmışdı. Artıq bununla bağlı hazırlıqlar da başlayıb. Lakin Zərdabın
icra başçısı Lütfəli Babayev Heydər Əliyev Fondunun adından rayonda pul
yığmağa başlayıb.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, qeyd
olunan uşaq bağçalarının inşası üçün Heydər Əliyev Fondu maliyyə vəsaiti
ayırıb. Amma L.Babayev rayondakı bütün idarə və müəssisə rəhbərlərindən
bu məqsədlə pul toplatdırır. Üstəlik, tələbini belə qoyub ki, büdcə
təşkilatlarında çalışan hər bir şəxsin əmək haqqından 100 manat məcburi
qaydada tutulacağı göstərişini verib. Yığılacaq pulları şəxsi biznesinin
kəsirlərini təlafe edən icra başçısına qarşı çıxan rayon məmurları
yerindəcə cəzalanıb deyən mənbə, bəzi idarə müdirlərinə rayon rəhbəri
tərəfindən ciddi və son xəbərdarlıq edilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=6011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728