"Putin va-banka gedir və Rusiyanı fəlakətə aparır"

13.04.2014 - 14:22

"Putin va-banka gedir və Rusiyanı fəlakətə aparır"“Putin va-banka gedir və Rusiyanı fəlakətə aparır”

"Putin va-banka gedir və Rusiyanı fəlakətə aparır"Nemtsov: “İmperialist hisslərin bədəlini rus xalqı artıqlaması ilə ödəməli olacaq”
Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsov bəyan edib ki, Donetskin Slavyansk rayonunda separatçıların hərəkətə keçməsi Putinin Ukraynanın materik hissəsində müharibəyə başladığını göstərir.
Onun fikrincə, Putin sanksiyalara və Rusiyanı təhlükəyə atan iqtisadi böhrana baxmayaraq, “va-banka” getməkdədir.
“Tanınma nişanları olmayan hərbi geyimli şəxslərin Slavtanskda peyda olması və güc orqanlarının binalarını zəbt etməsi bir şeydən xəbər verir – Putin va-banka getmək qərarı verib və Ukraynanın materik hissəsində müharibəyə başlayıb. Onu artıq “Qazprom”a və neft kompaniyalarına qarşı sanksiyalar dayandıra bilməz. O, ölkəni iqtisadi böhrana və çətinliklərə məhkum edəcək”, – deyə Nemtsov Facebook səhifəsində yazıb.
 
Nemtsovun fikrincə, Rusiyanı bahalaşma, yoxsulluq və işsizlik gözləyir. “İmperialist hisslərin bədəlini rus xalqı artıqlaması ilə ödəməli olacaq”, – deyə o, əlavə edib.
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=6013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728