Moskvada güllələnən azərbaycanlının maşınından xeyli pul çıxdı
Moskvada azərbaycanlı ölüdürülüb. Hadisə Moskvanın cənub-şərqində baş verib
Moskvada azərbaycanlı ölüdürülüb. Hadisə Moskvanın cənub-şərqində baş verib
Ənvər Həsənovun güllələnmiş meyiti maşında Novomarinsk küçəsində, 38
nömrəli ev yaxınlığında tapılıb. Moskva polisinin mətbuat xidməti ölüm
faktını təsdiqləyib. Hadisə araşdırılacaq. Hadisə yerində operativ qrup
işləyir.
İlkin məlumatlara görə, Ə.Həsənov odlu silahdan baş və kürəyindən
güllələnib. Cinayətkarlar 52 yaşlı həmyerlimizi özünün “Mercedes”
markalı avtomobilini idarə edərkən vurublar.
Musavat.com-un Rusiya İstintaq Komitəsinin saytına istinadən verdiyi
məlumata görə, Ənvər Həsənovun maşınından külli miqdarda pul tapılıb.
Məlumatda bildirilir ki, mərhumun başında və sinəsində güllə yaraları
olub. Meyitin tapıldığı maşına baxış keçirilib, güllə və külli miqdarda
pul aşkarlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6022