89 arvadı, 127 övladı var


Zionnqaka Çana adlı seçici bütün yerli siyasətçilərin diqqətini çəkib.
Çana adlı həmin şəxs Hindistanın Mizoram əyalətində yaşayır. Onun 39
arvadı, 127 övladı və sayını özünün belə bilmədiyi qədər nəvəsi var.
Bir tayfa lideri olaraq dəstəkləyəcəyi namizədə çox böyük reytinq
verə biləcəyi düşünülən Çananı bölgənin bütün namizədləri tanımaq
istəyir.
Bu şəxsin Mizoram əyalətində 100 otaqlı evi var. Bütün ailə birlikdə
bina şəklində tikilmiş bu evdə yaşayırlar. 70 yaşlı Çana seçkilərdə tək
istəklərinin dürüst bir rəhbər seçilməsi, öz mənafeyini yox, əyalətin
mənafeyini düşünən birinə səs verilməsidir. O, həmçinin səsverməyə
gedərkən, hamısının eyni partiyaya, namizədə səs verdiklərini açıqlayıb.
4 nəsildən bəri davam edərək gələn tayfa 1930-cu illərdə Çananın babası ilə başlayıb və bu gün 1700 adama çatıb.
Qeyd edək ki, Hindistanda 814 milyon seçicinin səs verdiyi seçkilər 9
mərhələdə keçirilir. 7 apreldə başlayan seçki, 12 mayda sona çatacaq.
Seçki nəticələrinin isə 16 mayda açıqlanması gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6024