Lukaşenko Putinə qarşı

13.04.2014 - 17:14

Lukaşenko Putinə qarşı

“Turçinov mənim üçün tamamilə legitimdir”
Belarus prezidenti Aleksandr Lukaşenko telemüsahibələrindən birində Rusiyalı həmkarı Vladimir Putini hiddətləndirəcək fikirlər səsləndirib.
Lukaşenko deyib ki, Ukraynanın prezident əvəzi Aleksandr Turçinovu ölkə başçısı olaraq tamamilə legitim sayır.
“Məncə, bununla bağlı əhr şey məntiqə uyğundur. Ukraynanın konstitusiyasına görə, prezident olmayanda onun səlahiyyətlərini Ali Radanın rəhbəri həyata keçirir. Belə də olub. Mən hesab edirəm ki, hazırda Ukraynanın prezidenti yoxdur. Konstitusiyaya görə isə prezident olmalıdır. Konstitusiyanın tələbi ilə prezident səlahiyyətini Turçinov yerinə yetirməlidir. Beləliklə, mənim üçün o tamamilə legitimdir. Ali rada da tamamilə legitim orqandır”, – deyə Lukaşenko bəyan edib.
Xatırladaq ki, Rusiya hələ də Ukraynaın devrilmiş rəhbəri Yanukoviçi legitim prezident sayır və yeni hökuməti qəbul etmir. Bu baxımdan Lukaşenko öz açıqlaması ilə həm də Putinə qarşı getmiş olur.

Short URL: http://www.cumhuriyyet.net/?p=6028

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728