ABŞ İranın BMT-dəki səfirinə viza vermədi

13.04.2014 - 17:37

ABŞ İranın BMT-dəki səfirinə viza vermədi

İran israr edib ki, BMT-də yeni səfirini dəyişdirməyəcək və diplomata viza verməkdən imtina edən ABŞ-ı qeyri-leqal addımlar atmaqda ittiham edib. Yüksək rütbəli İran rəsmisi deyib ki, məsələni BMT ilə leqal mexanizmlər vasitəsilə qaldıracaq.
ABŞ Hamid Aboutalebini 1979-ci ildə Tehrandakı ABŞ səfirliyini zəbt edən dəstəylə əlaqəli olmaqda günahlandırır. Cənab Aboutalebi deyir ki, onun girovdakı fəaliyyəti səfirlik tutulandan sonra başlayıb və o, əsasən tərcümə ilə məşğul olub. Ötən həftə ABŞ Konqresinin təsdiqlədiyi qanun layihəsinə görə ABŞ təhlükəsizliyi risk altına qoyan səfir təyinatını rədd edə bilər.
 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Konqresin addımını tənqid edərək deyib ki, qanun layihəsini dəstəkləyənlər radikallardır və bu, İranın siyasətinə təsir etməyəcək. Qanun layihəsi qanun olmazdan əvvəl prezident tərəfindən imzalanmalıdır amma görünür ki, Konqres cənab Aboutalebini qadağan etmək məqsədinə nail olub.
Ağ Evin sözçüsü Jay Carney deyib ki, prezident qanun layihəsinin məqsədilə razıdır və viza verməyəcək.
İran İslam İnqilabı zamanı 52 amerikalı 444 gün girov saxlanılıb
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6029

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930