Netanyahu Putinin dəvətini geri çevirdi

İsrailin baş naziri Benyamin Netanyahu iyun ayı üçün Rusiyaya,
Sankt-Peterburqa nəzərdə tutulan səfərini ləğv edib. Bu barədə “Haaretz”
qəzeti məlumat yayıb.
Netanyahunu Peterburqa şəxsən Rusiya prezidenti Vladimir Putin dəvət
etmişdi. Onlar birlikdə bayram konsertində iştirak etməli idilər.
Dəvətnaməni Putin bir neçə ay qabaq Netanyahuya əlbəl çatdırıb.
İsrail hökumətindəki mənbələr təsdiqləyiblər ki, baş nazirin səfərdən imtina etməsi Ukraynadakı böhranla əlaqədardır.
“Haaretz” bildirir ki, hazırda Rusiya ilə istənilən təmas baş nazirlə
razılaşdırılır. Terrorçuluğa qarşı mübarizəyə dair İsrail-Rusiya görüşü
də təxirə salınıb.
Bundan başqa İsrail Moskva yaxınlığında bu ilin
yayında keçirilməli olan tank biatlonu üzrə dünya çempionatına öz
heyətini göndərməkdən də imtina edib.
“Haaratez” diqqətə çatdırır ki, indiki məqama qədər İsrail Ukrayna
böhranı ilə bağlı Rusiyaya qarşı neytrallıq nümayiş etdirirdi.
İsrail Ukraynadakı vəziyyətlə bağlı BMT-dəki səsvermədə də iştirak etməmişdi.
azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=6032