Ermənilər daha bir terror təşkilatı yaratdı:
“Neo-ASALA üzvləri silahdan
istifadə qaydalarını, snayper, yollara mina yerləşdirmək və uzaqdan
idarə olunan minaların istifadəsi qaydalarını öyrənirlər”
Xaricdə
türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının oxşarı
yaradılıb. Bu barədə Beynəlxalq Əsassız
Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy
açıqlama verib. O bildirib ki, ABŞ-dakı erməni diasporası artıq
təşkilatı yaratmaq üçün fəaliyyətə keçib.
qeyd edib ki, Suriyanın Kəsəb qəsəbəsində yaşayan erməniləri qorumaq
üçün bu təşkilatın xüsusi təlim görmüş komandalarından istifadə olunur:
mətbuatı sözdə Dağlıq Qarabağ parlamentinin millət vəkili, Qarabağ
müharibəsində komandir kimi iştirak edən Vahan Badasyanın Suriyanın
Kəsəb qəsəbəsinə yüzlərlə erməni könüllüsünün göndərdiyini yazır.
Amerikada fəaliyyət göstərən erməni diasporu ASALA-nın yerinə yaradılan
Neo-ASALA-ya Suriyada erməniləri qorumaq adı ilə xüsusi təlim keçirlər.
Neo-ASALA-sı Suriyadakı düşərgələrdə silahdan istifadə qaydalarını,
snayper, yollara mina yerləşdirmək və uzaqdan idarə olunan minaların
istifadəsi qaydalarını öyrənirlər. Bu təşkilatın Türkiyə siyasi
partiyalarının içərisindəki fəaliyyətini yaxın günlərdə açıqlayacağıq”.
Gülbəy bir neçə il bundan öncə Türkiyə və Azərbaycan Xarici İşlər
Nazirliklərinə ünvalanan ASALA imzalı təhdid məktublarının Neo-ASALA
tərəfindən göndərildiyini iddia edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=6034