Abdullayevlər Avropa Məhkəməsində Azərbaycana qarşı dava açır
Elşad Abdullayev və Azad Mursaliyev hüquqlarının
qorunması üçün İnsan Haqlari üzrə Avropa Məhkəməsinə üz tutduElşad Abdullayev və Azad Mursaliyev hüquqlarının
qorunması üçün İnsan Haqlari üzrə Avropa Məhkəməsinə üz tutdu
Məlum olduğu kimi dünən Bakı Apellyasiya
Məhkəməsində Gülər Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında
ilkin baxış iclası keçirilib. Bu arada fəaliyyəti dayandırılmış ABU Rektoru
Elşad Abdullayev də Avropa Məhkəməsinə müraciət edib. Bu barədə qəzetimizə
Elşad Abdullayevin səlahiyyətli nümayəndəsi, Mahir Abdullayevin hüquqlarını
müdafiə Komitəsinin sədri Azad Mursaliyev məlumat verib.
A.Mursaliyevin sözlərinə görə E.Abdullayev
Gülər Əhmədova işində zərərçəkmiş kimi tanınması üçün Avropa məhkəməsinə üz
tutub: “Gülər Əhmədovanın barəsində olan cinayət işi üzrə məhkəmə hokum
çıxarılıb və sübut olunub ki, o yaxın rəfiqəsi Sevinc Babayeva ilə qabaqcadan
əlbir olub sonuncunun vasitəsi ilə mənim 2.000.000 (iki milyon) ABŞ dollarımı
ələ keçirməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası CPM-in 85.2.4-cü
maddəsinə əsasən müstəntiq şübhəli şəxs tərəfindən cinayət törədilməsini təsdiq
edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə
təqsirləndirilən şəxs qismində cəlb etməli və ona ittiham elan etməlidir. Bu o
deməkdir ki, istintaq Gülər Əhmədovanın E.Abdulayevin etibarımdan sui istifadə
edərək əmlakımı ələ keçirməklə dələduzluq etməsini təsdiq edən kifayət qədər
sübutlar toplamışdır. Əgər istintaq dələduzluq faktını müəyyən edib şəxsi
dələduzluq cinayəti törətməkdə ittiham edirsə bu o deməkdir ki, dələduzluğun
qurbanı olmuş, yəni əmlakı aldatma yolu ilə ələ keçirilmiş tərəf zərərçəkmiş
şəxsdir. Konkret olaraq bu işdə Gülər Əhmədova məhz ona qarşı dələduzluq
etmişdir. CPM-in 87.1-ci maddəsində göstərilir: cinayət qanunu ilə nəzərdə
tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan
vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində
tanınır. Bu məsələ ilə bağlı Azərbaycan məhkəmələri E.Abdullayevin hüququnu
tanımadığından Avropa məhkəməsinə müraciət edilmişdir”.
A.Mursaliyev ABU rektorunun Avropa
məhkəməsinə növbəti şikayətinin ailə üzvlərinin üzləşdiyi qanunsuzluqlarla
bağlı olduğunu bildirib: “E.Abdullayev 2003-cü ildə naməlum şəraitdə oğurlanmış
və bu günədək aqibəti məlum olmayan qardaşı Mahir Abdullayevin hüquqi müdafiə
işi ilə məşğul olaraq, bu işdə hökumətin yüksək vəzifəli şəxslərinin əli
olduğunu açıq-aşkar bəyan etdi və bundan sonra o, təzyiqlərə məruz qaldı. O
təhlükəsizliyini təmin etmək və bununla da qardaşının hüquqi müdafiə işini
təhlükəsiz şəraitdə həyata keçirmək mıəqsədi ilə Azərbaycan Respublikasını tərk
edərək Fransa Respublikasında məskunlaşdı. Bundan sonra cənab Abdullayevin
Azərbaycan Respublikasında yaşayan yaxın qohumları, o cümlədən ailə üzvləri bir
sıra dövlət orqanları tərəfindən müxtəlif məzmunlu təzyiqlərə məruz qaldı. E. Abdullayevi, onun həyat yoldaşı xanım
Reyhan Abdullayevanı və qızı xanım Aynur AbdullayevanıAzərbaycan Respublikasına
qarşı məhkəmə çəkişməsinə vadar edən məsələ Azərbaycan Respublikasında
fəaliyyət göstərən “Royal Bank” ASC-də
onların adlarına olan hesablar və mövcud olan depozit qutuları üzrə maliyyə
əməliyyatlarının Azərbaycan Respublikasının Baş prokurorluğunun vəsatət və
təqdimatı əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qanunsuz
və əsassız olaraq dayandırılması olmuşdur. Bu məsələ üzrə də Azərbaycanda bütün
məhkəmə instansiyaları keçilmişdir. Sonda Bakı Apelyyasiya Məhkəməsi qərar
qəbul edərkən apellyasiya şikayətinin dəlillərinə qiymət vermədi, formal
məhkəmə iclası keçirərərək öz qərarında
“şikayətçilərin apellyasiya şikayətində irəli sürdüyü dəlillər qanuni qərarın
ləğvi üçün əsas ola bilməz” ifadəsini işlətməklə
kifayətləndi. Azərbaycan
Respublikasının Konstitutsiya Məhkəməsi isə dövlətdaxili qanunverciliyin
nümayəndəlik institunun müddəalarını nəzərə almadan, konstitusiya şikayətinin
nümayəndə tərəfindən deyil, bilavasitə ərizəçilərin özü tərəfindən imzalanmalı
olmasını qanunsuz olaraq bəhanə gətirərək şikayətə baxmaqdan imtina etdi”.
A.Musaliyev özünün də Avropa Məhkəməsinə
şikayət məktubu göndərdiyini bildirdi: “Məni Azərbaycan Respublikasına qarşı
məhkəmə çəkişməsinə vadar edən məsələ Azərbaycan Respublikasının Baş
prokurorluğunun vəsatət və təqdimatı əsasında Azərbaycan Respublikasının
məhkəmələri tərəfindən hərəkət azadlığımın qanunsuz və əsassız olaraq
məhdudlaşdırılması olmuşdur. Azərbaycan Respublikasının Baş prokurorluğu və məhkəmələrinin
bu cür əsassız və qanunsuz hərəkətlərini dayım cənab Elşad Abdullayevin
qohumlarına qarşı edilən təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirirəm. Belə ki, dayım Elşad
Abdullayev Azərbaycan Respublikasında 2003-cü ildə naməlum şəraitdə oğurlanmış
və bu günədək aqibəti məlum olmayan qardaşı Mahir Abdullayevin hüquqi müdafiə
işi ilə məşğul olaraq, bu işdə hökumətin yüksək vəzifəli şəxslərinin əli
olduğunu açıq-aşkar bəyan etdi və bundan sonra o, təzyiqlərə məruz qaldı.
Abdullayev öz təhlükəsizliyini təmin etmək və bununla da qardaşının hüquqi
müdafiə işini təhlükəsiz şəraitdə həyata keçirmək məqsədi ilə Azərbaycan
Respublikasını tərk etməyə məcbur olaraq Fransa Respublikasında məskunlaşdı.
Dayım Mahir Abdaullayevin hüqüqlarının
müdafiəsinə ictimai dəstək vermək, bununla da onun uzun illərdir ki, həllini
tapmayan pozulmuş hüquqlarının bərpa olunmasına nail olmaq üçün Azərbaycan
Respublikasında yaradılmış “Mahir
Abdullayevin Hüquqlarının İctimai Müdafiə Komitəsi” nə rəhbərlik etməyə başladım. Bundan sonra
Abdullayevlərin Azərbaycan Respublikasında yaşayan qohumları, o cümlədən mən
bir sıra dövlət orqanları tərəfindən müxtəlif məzmunlu təzyiqlərə məruz
qaldım. Belə ki, mən şəxsi işimlə
əlaqədar Şimali Kipr Türk Respublikasına gedərkən 02 noyabr 2012-ci ildə saat
02.30 radələrində Bakı şəhərində yerləşən H.Əliyev adına beynəlxalq hava
limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən heç bir izah verilmədən 7 saat
ac-susuz saxlanıldıqdan sonra saat 10.00-da Azərbaycan Respublikası Baş
prokurorluğunun Telman adlı əməkdaşına təhvil verildim. Telman adlı şəxs məni
öz şəxsi “Pajero” markalı avtomobili ilə Azərbaycan Respublikası Baş
prokurorluğunun inzibati binasına apardı. Yolda Telmanla söhbət edən zaman mənə
məlum oldu ki, dayım Abdullayev Mahir İslam oğlunun oğurlanması (öldürülməsi)
faktına görə başlanmış cinayət işinin istintaqı ilə əlaqədar mənim ölkədən
getmək hüququm Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən
məhdudlaşdırılmışdır. Sonradan müvafiq qurumlar bu məsələ ilə bağlı mənə hər
hansı izah verməkdən imtina etdilər və barəmdə hər hansı istintaq hərəkəti
keçirmədən məni sərbəst buraxdılar. Buna baxmayaraq barəmdə tətbiq olunan
məhdudiyyət ləğv olunmadı. Azərbaycan Respublikası Baş prokurorluğunun mənim
ölkədən getmək hüququmun məhdudlaşdırılmasını qanunsuz və əsassız hesab
etdiyimdən həmin məhdudlaşdırma ilə bağlı ilk olaraq inzibati aktın ləğv
olunması tələbi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinə sonra isə digər instansiyalara müraciət etdim. Milli
qanunvericiliyə görə bu kateqoriya işlər üzrə apellyasiya məhkəməsi sonuncu
instansiya olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının 09 sentyabr 2013-cü il tarixli qərarı ilə kassasiya şikayəti
baxılmamış saxlanıldı. Bununla da mənim ölkə daxili hüququi müdafiə vasitələrim tükəndi”.
Zaur
Short URL: http://www.cumhuriyyet.net/?p=6037