Əhməd Vəliyev və kürəkəninin adı maliyyə qalmaqalında

13.04.2014 - 22:15

“Muğanbank”ın filialları istiqrazları geri
qəbul etməmək üçün min cür bəhanə gətirirlər

“Muğanbank”ın filialları istiqrazları geri
qəbul etməmək üçün min cür bəhanə gətirirlər

 

Deputat,
Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyevin
idarə etdiyi “Muğanbank” ASC-nin təşkil etdiyi istiqraz layihəsilə bağlı bir
sıra ilginc məlumatlar əldə etdiyimizdən onları siz oxucularımızla paylaşmaq
istərdik. Məsələ ilə bağlı bilgilərə keçməzdən öncə qeyd etmək istərdik ki,
artıq nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğlanları – Samir və
Munir vəliyevlər geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan
“Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar
Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər.

Millət
vəkilinin böyük oğlu Samir Vəliyevin Odlar Yurdu Universitetinin tədris və
akademik proqramlar üzrə birinci prorektoru, kiçik oğlu Munir Vəliyevin isə
adıçəkilən təhsil müəssisəsinin maliyyə işləri üzrə prorektoru vəzifəsində
çalışdığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, Əhməd Vəliyevin rektoru
olduğu ali təhsil ocağının tələbələri təhsil haqlarını məhz “Muğanbank”da
ödəməyə məcbur edilirlər: “Odlar Yurdu Universitetinin bank hesabları
“Muğanbank”da olduğundan tələbələrin təhsil haqları da bu banka yönəldilir.
İllik təhsil haqlarının hesabatı bankda ört-basdır edilərək külli miqdarda
vəsait əldə olunur”. Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyevin idarə etdiyi
“Muğanbank” ASC-də çirkli pullların “yuyul”duğunu idda edən məlumatlı şəxs
bildirir ki, adıçəkilən bank iri vergiödəyicilərinin vergidən yayınması
prosesində iştirak etməklə yanaşı, vergi sistemindəki əksər qara əməliyyatların
ört-basdır edilməsində əsas instansiyadır: “Vergi maxinasiyaları əvvəllər bankın
mərkəzi filialında aparılsa da, bu cür maxinasiyalar artıq bir müddətdir ki,
xırda filiallarda həyata keçirilir. Çünki yarana biləcək problemlərdə xırda
filial müdürlərini “qurban” vermək daha asan olacaq. Bildiyiniz kimi,
“Muğanbank” ASC-nin istiqraz layihəsi 14 avqust 2009-cu il tarixində Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Bank 50 milyon
manat dəyərində 1 milyon ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal
dəyəri 50 manatdır. “Muğanbank” ASC rəhbərliyi bəyan edir ki, istiqraz sahibi
istənilən vaxt istiqrazlarını bankın istənilən filialına qaytarıb istiqrazların
nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına
malikdir. Lakin bu barədə deyilənlər heç də həqiqətə uyğun deyil. Belə ki, bu
gün bankın bir sıra filialları istiqrazları geri qəbul etməmək üçün min-cür
bəhanə gətirirlər. Buna nə ad vermək olar?..”

“Muğanbank”
ASC-nin səhmdarları haqda məlumat verən mənbə payçılardan birinin Əhməd
Vəliyevin kürəkəni Elmir Maqbet oğlu Mehdiyev (63,5 faiz), digərinin millət
vəkilin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet
Rəhim oğlu Mehdiyev (13,1 faiz), eləcə də rektorun qızı Vəfa Əhməd qızı
Vəliyevanın (12,05 faiz) və onun qayınanası Fəridə Cahandar qızı Mehdiyevanın
(11,35 faiz) olduğunu bildirdi: “Bir sözlə, bankın səhmlərinin hamısı
adıçəkilən 4 nəfər şəxs arasında bölüşdürülüb. Ümumiyyətlə, indiyədək
“Muğanbank” ASC-nin adı bir sıra xoşagəlməz məqamlarda hallanıb. Məsələn, bir
neçə il öncə Mərkəzi Bank rəhbərliyi İpoteka Fonduna ofis tikmək adı ilə dövlət
büdcəsindən 10 milyon manat ayrılmasına nail olmuşdu. Lakin bu zaman ciddi
maxinasiyaya əl atılmışdı. Məhz bu məsələdə Əhməd Vəliyevin və onun kürəkəni
Elmir Mehdiyevin də adları hallanır. Belə ki, millət vəkilinə məxsus olan “Jalə
Biznes”in yanındakı bina rəsmi sənədləşmədə İpoteka Fonduna guya 10 milyon
manata satıldığı göstərilib. Lakin əslində həmin bina Mərkəzi Bank rəhbərliyinə
tam təmənnasız başa gəlib. Dövlət büdcəsindən ayrılmış vəsait isə tərəflər arasında
bölüşdürülüb və bununla da büdcə vəsaiti mənimsənilib”. Biz hələ İsmayıl
müəllimin şikayətlərini demirik.

Mövzu
ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Şahin
Turan

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6045

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930