Üç günə şərqdə problem həll olunmasa, Ukrayna hökuməti süqut edəcək
Yaxun üç gündə Ukraynanın şərqində problem həll olunmasa, Kiyev
hökumət süqut edəcək. Problemi yalnız silahlı müqavimətlə həll etmək
olar. Bunu Putinin keçmiş müşaviri, iqtisadçı Andery İllarionov
bildirib.
“Hələ mart ayında dedim ki, Krımın ardınca Ukraynanın cənub və şərqi
növbədədir. Deyirdim ki, müqavimət olmalıdır. O zaman bunu nisbətən az
itki ilə həll etmək olardı. Ordu inzibati binaların, hərbi obyektlərin
mühafizəsini təşkil etməli idi. Təəssüf ki, artıq problemi dinc yolla
həll etmək mümkün deyil. İmkan əldə buraxılıb”, – deyə İllarionov qeyd
edib.
Ekspertin fikrincə, ölkəni xilas etməyin yeganə yolu Rusiyanın hərbi
müdaziləsinə güclə müqavimət göstərməkdədir. “Ukraynanı yalnız hərbi
güxlə müqavimət xilas edə bilər. Yaxın üç gündə Ukraynanın taleyi həll
olunacaq. Ya hakimiyyət baş verənlərdən nəticə çıxarıb Rusiya xüsusi
təyinatlılarının qarşısı almaq üçün zəruri addımlar atacaq, ya da
ölkənin əraziləri itiriləcək. Çətin ki, belə şəraitdə hökumət
fəaliyyətini davam etdirə bilsin. Onda Ukraynanın taleyi tamam başqa
olacaq”, – deyə İllarionov qeyd edib.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=6046