Cahangir Hacıyevə bağlı stadion qalmaqalı
“Şəfa”nın 4 milyon 250 min manata
satılması şübhələr yaradır
“Şəfa”nın 4 milyon 250 min manata
satılması şübhələr yaradır
AFFA-nın
sabiq prezidenti Fuad Musayev “Şəfa” stadionunun Bakının “İnter” klubuna 4
milyon 250 min manata satılması haqda federasiyanın baş katibi Elxan Məmmədovun
verdiyi son açıqlamaya münasibət bildirib. Arenanın ərsəyə gəlməsində müstəsna
xidmətləri olmuş F.Musayev bu rəqəmin onda şübhə doğurduğunu bildirib.
F.Musayev
“Futbol+” qəzetinə müsahibəsində bunları deyib: “Bu sövdələşmədən ağlım bir şey
kəsmədi. Bu boyda arena necə 4 milyon 250 minə satıla bilər? Nə olsun ki, bura
stadiondur, ordan ancaq idman məqsədilə istifadə ediləcək?! Sizə adi nümunə
göstərim. Eşitdiyimə görə, “Xəzər Lənkəran”ın stadionu 15 milyon dollara başa
gəlib. İş adamı Mübariz Mənsimov öz cibindən bu qədər pul xərcləyib. Lənkəranda
stadionu tikmək baha başa gələr, yoxsa Bakıda? Əlbəttə ki, paytaxtda. Çünki
Bakıda torpaq yeri və işçi qüvvəsi qat-qat bahadır.
Belədə
“Şəfa”nın 4 milyon 250 minə satılması nə dərəcədə realdır? Bunlar yəqin stadiona
qiymət qoyarkən onun neçəyə başa gəlməsini nəzərə alıblar. Etiraf edirəm,
“Şəfa”nın araya-ərsəyə gəlməsinə o vaxtkı qiymətlərlə 4 milyon 500 min dollar
xərcimiz çıxdı. Daha fikirləşmirlər ki, o vaxtın qiymətlərilə (2000-ci il-red.)
indikini müqayisə etmək düzgün deyil. Bütün bunlar savadsızlıqdan irəli gəlir.
Təkcə bir örtüyün azı 500 min dollara dəyişdirildiyini nəzərə alsaq, o boyda
stadiona belə ucuz qiymət qoymaq ağılsızlıqdır”.
F.Musayev
əlavə edib ki, bu yaxınlarda Latviyada “Şəfa”ya bənzər stadion tikilib: “Həmin
arenanı tikən adamla münasibətim var. Sonuncu dəfə mənimlə danışanda dedi ki,
yeni tikdirdiyi arenaya 10 milyon dollar xərcləyib. AFFA rəhbərliyi
ictimaiyyəti aldatmasın”. Qeyd edək ki, “İnter” klubunun sahibi
Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevdir.
Tahir
Short URL: http://www.cumhuriyyet.net/?p=6049