Astara gömrüyündə korrupsiya

13.04.2014 - 23:46

İddialara görə, xaricdən gələn mallara
tutulan gömrük rüsumları aşağı yazılır, fərq isə mənimsənilir
İddialara görə, xaricdən gələn mallara
tutulan gömrük rüsumları aşağı yazılır, fərq isə mənimsənilir

 

Sərhədyanı
rayonların sakinləri əsasən dolanışıqlarını qonşu ölkəyə keçərək, oradan
gətirdikləri az həcmli məhsulların hesabına qururlar. Lakin bu bir çox hallarda
heç də uğurlu alınmır. Buna səbəb isə gömrükçülərin vətəndaşlara qarşı qanunsuz
davranışları göstərilir.

Ötən
gün qəzetimizə müraciət edən bir qrup Astara sakini bildiriblər ki, onların
şikayətləri rayondakı Gömrük Keçid Məntəqəsində baş verən özbaşınalıqlarla
bağlıdır. Sakinlər bildiriblər ki, gömrüyün rəisi Hikmət Məmmədovun qoyduğu
qeyri-qanuni qaydalar insanların etirazına səbəb olub. Onlar deyiblər ki, bir
qismləri TİR sürücüləridir. İşləri isə xaricdən mal gətirməkdir. Həmin
sürücülərdən biri Ramazan Şahverdiyev bildirir ki, idarə etdiyi maşına 26 ton
yük vurulduğu halda, sənədləşdirmədə bu rəqəm 6 ton göstərilib. “Bizdən
isə 26 tonun pulunu aldılar. Yerdə qalan 20 tonu sənədləşdirmədikləri üçün
həmin pulları mənimsəyiblər”.

Digər
bir Astara sakini Həsən Nəsirov isə bildirib ki, o, İrandan xiyar və digər
məhsullar gətirdikdə həmin malları başqa dövlətin məhsulu kimi qeyd ediblər.
“Sənədləşdirmədə həmin malların Çindən gətirildiyi kimi yazıblar. Buna
görə, tələb olunan gömrük rüsumu az olduğu halda, bizdən daha çox pul
istəyiblər. Üstəlik, həmin pulları da özlərinə götürürlər”.

Şikayətçilər
deyirlər ki, Astara Gömrük Keçid Məntəqəsində baş verən özbaşınalıqlarla bağlı
bütün dövlət qurumlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
“Himmət Məmmədova bu barədə deyəndə bizə bildirirdi ki, kimə istəsək
şikayət edə bilərik. Deyirdi ki, bu şikayətlərin də nəticəsi olmayacaq. Adam
haqlı imiş. Çünki etdiyimiz şikayətə baxan yoxdur”.

 

Fariz

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6050

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930